Tavuşda postlar qurulur: Düşmən qazdığı quyuya düşüb

Azərbaycan Ordusunun işğalçı ölkənin hərbi birləşmələrinə endirdiyi ağır zərbələr və keçirilən əməliyyatlar ermənilərin təşvişinə səbəb olub. Tavuş vilayətindən olan ermənilər evlərini təcili şəkildə tərk edirlər. Ermənistan KİV-ləri yazırlar ki, Tavuş vilayətinin Berd şəhərinin giriş-çıxışına polis postları qurulub.

Əhalinin şəhərdən çıxışına imkan verilmir. O cümlədən, bölgəyə giriş də qadağan olunub. Buna səbəb Tavuşda xidmət edən əsgərlərin yaxınlarının əraziyə axışması, eləcə də jurnalist və sosial şəbəkə fəallarının itkiləri öyrənmək üçün bölgəyə gəlməsidir.

“Hetq” saytının müxbirləri bildirir ki, polis onların Tavuş bölgəsinə girişinə imkan vermir. Jurnalistlər Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aharonyana zəng edərək, məsələni öyrənmək istəyiblər.

“Boş yerə getməyin, Müdafiə Nazirliyi mediaya açıqlama verib, orada hər şey qeyd olunub”, -deyə Aharonyan bildirib.

Erməni jurnalistlər təcili tibbi yardım maşınlarının Tavuşa sürətlə daxil olduğunu, daha sonra eyni sürətlə çıxdığını yazırlar. Məlumatlara görə, yaralıların bir qismi yaxın ərazilərdəki hospitallara aparılır.

Azərbaycan Ordusunun vurduğu zərbələr nəticəsində yüzlərlə erməni hərbçi məhv edilib. Ermənistan tərəfi məhv edilən iki hərbçinin – mayor və kapitan – adını açıqlasa da, ermənilər itkilərin çoxsaylı olduğunu yazırlar. Ermənistan Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan öz facebook səhifəsində daha 2 erməni leşi haqqında məlumat verərək yazıb: «Çağırışçılar kiçik çavuş Smbat G. Qabrielyan və kiçik çavuş Qrişa Vahani Matirosyan düşmən atəşi ilə öldürülüb». Bundan əvvəl isə daha iki erməninin gəbərməsini yazmışdı. Şuşan leşləri iki-iki üzə çıxarır. (linkə təmasla baxa bilərsiniz)

https://www.facebook.com/100009346576305/videos/2674203642901162/?t=1

Sosial şəbəkələrdə erməni hərbçilərin qaçıb getmələrini əks etdirən görüntülər də yayılıb. Bu gün öz ordusu ilə «öyünən» Paşinyan vəziyyətdən halidir. Ona görədə Təhlükəsizlik Şurasını təcili toplayıb. (linkə təmasla baxa bilərsiniz)

https://www.facebook.com/100009346576305/videos/2674230972898429/?t=3

Düşmənin içimizdəki uzantıları isə ölkədə ordumuza qarşı şaiyələr və vahimə doğuracaq xəbərlər yaymaqla öz ampulalarındadır. Hər birimiz diqqətli olmalı və bu ünsürlərə anındaca cavab verməliyik. Hər bir vətəndaş Müdafiə Nazirliyinin yaydığı məlumatlardan qeyri xəbərlərə inanmamalı və irəli sürülmüş qaydalara əməl etməlidir.

https://www.facebook.com/100009346576305/videos/2674230972898429/?t=12
Bu xəbəri paylaşın:
  • 169
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •