Şəhidlərimiz qürurumuzdur!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini İslam Səfərov və AVMVİB İsmayıllı rayon şöbəsi sədrinin müavini Bəxtiyar Dəmirov Tovuz rayonunda düşmən hücumunun qarşısını alarkən ağır yaralanmış əsgər və həkimlərin səyinə baxmayaraq, şəhid olmuş Xəyyam Məhəmməd oğlu Daşdəmirovun yas mərasimində iştirak ediblər.

Xatırladaq ki, şəhid Xəyyam Daşdəmirov İsmayıllı rayonu Balik kəndindən hərbi xidmətə çağırılmışdı.

AVMVİB sədrinin müavini İslam Səfərov və AVMVİB İsmayıllı rayon şöbəsi sədrinin müavini Bəxtiyar Dəmirov şəhidin məzarını ziyarət ediblər.

AVMVİB sədrinin müavini İslam Səfərov bildirdi ki, şəhidlər bir elin, məmləkətin şəhidləridir. Hər birinin ruhu qarşısında baş əyir və rəhmət diləyirəm. Şəhidlərimiz qürurumuzdur. Məkanları cənnət olsun!

Allah rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •