AVMVİB yürüş olaylarıyla bağlı müraciət qəbul etdi

Cənab Ali Baş Komandan!

Düşmənlə apardığınız qətiyyətli mübarizədə yanınızda və əmrinizdə olduğumuzu bir daha bildiririk. Doğma Qarabağın azad edilməsi üçün aparılan hər bir addımı dəstəkləyir və ön sıralarda yer tutmağı öz vəzifə borcumuz hesab edirik. Vətən torpaqlarının müdafiəsi və düşmən işğalından tezliklə azad edilməsi yolunda yürüməyə hər birimiz hazırıq.

Ermənistan Silahlı Qüvvələrinin iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına və bütünlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə qədirbilən xalqımıza müharibə veteranları olaraq öz minnətdarlığımızı bildiririk.

Lakin təəssüflər olsun ki, yürüşə gələn bir qrup təxribatçı lüzumsuz bir halda Milli Məclisin binasının qapılarını sındıraraq, binaya daxil olmuş, iğtişaşçılar polis maşınını aşırdaraq polisə müqavimət göstərmişlər. Vəziyyətin nəzarətdən çıxdığını görən polis gözyaşardıcı qazdan və bibər şırnağından istifadə edərək təxribata cəhd edən iğtişaşçıları hadisə yerindən uzaqlaşdırmağa çalışmışlar.


Bu olayın yekunu olaraq, 67 minlik müharibə veteranını öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq baş verən hadisələri pisləyir, şəhidlərimizin adından istifadə etməklə yaramaz əməllərə yol verən təxribatçıları kəskin şəkildə qınayır və həssas məqamda, əsgərlərimiz düşmənlə üzbəüz durduğu bir vaxtda bu hərəkətə yol verənlərin ciddi surətdə cəzalanmasını tələb edirik.


Biz bu Vətən üçün, bu Dövlətin qurulması üçün öz canını ortaya qoymuş insanlar olaraq, xüsusən gənc nəslə xatırlatmaq istəyirik ki, ötən əsrin sonlarında türlü-türlü düşmən məxfi xidmət orqanlarına işləyənlər bizim Qarabağ istəyimizi al-ver predmetinə çevirdilər. Nəticə göz qabağındadır. Sizləri yenidən bizim yaşadığımız yanlışları yaşatmalarına yol verə bilmərik. Özlərini 5-ci kolonun nökəri sayanların fətvasına getməyin. Yaxşısıyla, pisiylə bu Dövlət bizimdir. Dövlət başçısı cənab İlham Əliyevin bu gün yürütdüyü siyasəti dəstəkləyir və korrupsiyaya, 5-ci kolona qarşı açdığı savaşda onun yanında olduğumuzu bir daha bəyan edirik. Döyüş, Qarabağ, şəhid kimi müqəddəs adlardan öz şəxsi ambisiyalarını yürütmək istəyənlər qarşılarında biz döyüşçüləri görəcəklər. Ona görə də sonucuna görə, bu olayı şəhidlərimizə qarşı hörmətsizlik kimi qəbul edirik.


Koronavirus yoluxma təhlükəsini gözə alaraq, şəhidlərimizə, qazilərimizə və Qarabağımıza olan ülvü hissləri, çağırışları və istəkləri alqışlayırıq, amma bu adlardan yenidən al-ver, siyasi karyera məqsədləri ilə istifadə etmək fikrində olanların qətiyyətlə cəzalandırılmasını tələb edirik!

Belə bəd niyyətləri olanların arzularını elə ürəklərində qoymaq lazımdır.

Bizlər, həqiqətən də birlikdə güclüyük!


AVMVİB İdarə Heyəti

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •