Siz nə axtarırsınız?..

Mən nə axtarıram? Nə axtaracağam. Hər “kəsin” axtardığını…


Harada qalacağımı , nə yeyəcəyimi, nə geyəcəyimi, bunlar da düzələndən sonra, nə xərcləyəcəyimi.


Bəs siz?


Mən siz axtaranlara artıq sahibəm. Qarşılıqlı və səmimi bir məhəbbət içərisində ömür sürürəm…


Çox dözəl. Demək siz uğurlu həyata sahibsiniz. Hətta, haradasa, qibtə edilməyədə “namizədliyiniz” var.


Nəyəsə namizəd olmağım barədə, bir söz deyə bilmərəm. Ancaq axır vaxtlar hər yerdə, yad münasibət hiss edirəm. Buna fikir verməməyə çalışıram. Qulağıma bəzi sözləri çatdırmağa başlayanların özləri deyil, əməlləri məndə daha çox təəcüb doğurur. Maraqlısıda budurki bunu, onlardan heçnə istəmədiyimi, heçnə söz vermədiyimi nəzərə almadan, edirlər. Bu məni həm narahat edir, həm də qorxudur.


Bəs siz kimsiniz?


Usta desəm, məncə, daha məntiqli olar.Usta. Hər bir işi öyrənməyə vaxt sərf edən birisi. Nəzərinizə çatdırım ki, vaxtını sərf edərək öyrəndiyi bütün işlərin mükəmməl bilicisi.


Gözəl təqdimatdır.


Bu qədər nailiyyətlərinizlə, axtardıqlarınız arasında qeyri mütanəsiblik çoxdur. Öyrəndikləriniz və bildiklərinizlə, axtardıqlarınıza, sahiblənə bilməməyiniz çox qəribədir. Bəlkə dediklərinizə, əməlinizlə deyil, iddianızla sahibsiniz.


Siz nə danışırsınız . Mən ustayam. Həm əməldə , həm də əməli işimdə….


Çox gözəl. Sinin axtardığınızın, mənim tapdığım olduğunu və ya mənim tapdığımın sizin itirdiyiniz olduğunu iddia edərək, buraya gəlmənizin səbəbıni, yəqin ki, dartışmağımız lüzumsuzdur.


Gəlişimin səbəbini qəribə izah etdiniz. Bəlkə sadəcə olaraq, arxtardığımın həsrəti məni bura gətirib…


Çox gülməlidir. Mənim tapdığımın sizdə yaratdığı həsrət. Sizin fikrinizcə mən, həsrətinizə son qoymaq üçün sizinlə bölüşməliyəm?


Yaxşısı budur siz, axtardıqlarınızı Tanrıdan istəyin. O çox mərhəmətlidir. Mənə verdiyi kimi, sizədə verəgəkdir. Ancaq birdə axmaqlıq edib, istədiyinizi almağa qalxmayın. Məncə bu onun xoşuna gəlmir. Onu qəzəbləndirir. Onu qəzəbləndirən, mənidə qəzəbləndirir, bunu unutmayın…


Özümüz qazanmaq istəsək də, bu həmişə mümkün olmur. İş görmək üçün vəsait tələb olunur. O da bizdə yoxdur.


Sizdə məsləhətdən başqa nə varki…


Onun bunun sərvətinin hara və necə yonəltmək haqqında iddialar irəli sürürsünüz. O, “axmaq” qəzetçiniz də, gələcəyi necə qura bilmək haqqında hekayələrini yazır. Siz də oxuyub həvəslənirsiniz. Bunların hamısı cəfıngiyatdır. Bəs onun özü hanı…


Onu sizin yanınızda görmürəm. Əvvəllər onun yazdığını oxuyan yox idi. İndi özünə oxucu tapıb. Bir iki qoturu, yaxşı yedirtdikdən sonra harasındasa oyanan həvəsini, inqilaba çevirirməklə, danışıqlar masasında oturmaq istəyir.


Bilirsən, bu onun otura biləcəyi ən yüksək kürsü olacaq. O, ya qazanacaq, ya da hər kəsi müvəqqəti ayıldaraq, bu düzənin, yeni simalarla, idarə olunmasına nail olub, özü, heç nə qazanmayacaq…

Usta sən bu haqda nə fikirdəsən. Öz qisməti ilə razılaşmayıb, tanrıya qarşı çıxmağın cəzasının nə olduğunu bilirsən. Haradan biləsən. Bu haqda sevimli qəzetçiniz yəqin bir şey yazmayıb.


Biz öz mövqeyimiz və qismətimizlə razı olanlar, narazi olanları mühakimə edərək onların mübarizəsini boğacağıq…


Bu şuarla, özümüzə bəraət qazandirmağımıza , münasibətiniz necədir, usta…


Siz şeytansınız…


Mən şeytan deyiləm , olada bilmərəm. Heç Tanrılığa da iddiam yoxdur. Siz sərsəmlər hər yazıya inanaraq, onda öz xilasınızı görürsünüz. Ancaq xilasınızin hansı yazıda olduğunu bilmirsiniz…


Bəs siz bilirsiziz? Xeyr. Bunu heç kim bilmir…


Buna görədə, sizlər xilası əməldə axtarmağa qərar vermisiniz. Elə bilirsiniz ki, istədiyizni alacaqsınız və hər şey bitəcək…


İnandığımız ,bizə bu dünyada qismətinizlə razılaşıb, bir birinizlə mehiban olaraq yaşamaq möhləti verib.Şeytana, bizi çaşdıraraq, aramızi pozmaq möhləti…


Sizin sevərək qoruduğunuz qəzetçiniz isə, düzəni pozaraq, sizi özünündə anlamadığı gözəl həyata səsləyir. Yazılarında onun necə olacağı barədə yazır. Ancaq ondan soruşan yoxdur ki, bu qədər xoşbəxtçiliyin yolunu bilən birisi nə üçün məndən yazdıqlarının çap olunması üçün vəsait istəyir. Seytan sizsiniz…


Bu günə kimi aldıqlarını nəzərə almasaq, bu gündən belə yazdığı nağılları oxuyanların hesabına, mənım gəlirlərimi artıra bilməsi isə çox şübhəlidir. O sizdən vəsait istəyə bilməz.


Məndən və ya mənim kimi digərlərindən istəyibsə, bunun fərqi nədir . Sizlər ona yazıya görə pul verməyəcəksiniz. Sizə yazı yox, arzuladıqlarınıza yetişmək lazımdır…


Siz məni öldürəcəksiniz?


Sizi?


Nəyə görə. Mən bundan nə əldə edəcəyəm. Mən sizi buraxacağam. Ancaq əvvəlcə nahar edin. Siz acsınız. Qəzetçinizə də çatdırın ki, suyu bulandırmasın. İnsanla müqaviləsini, məni həmişə sevindirən Tanrım, ondan öncə yazıb…


Əgər o nəsə əldə etmək istəyirsə, gərək yazdığının yaxşi olduğuna, oxucusunu məcburən inandırmağa çalışmasın…


Sənsə, oxuduğunu anlayıb, müqayisə edərək, yaxşını pisdən ayıranda, həyatını dəyişmək iqtidarında olacaqsan. Ancaq düzəni dəyişmək ağlından belə keçməsin. O asan iş deyil. Dünya malı payından, Tanrısının lütfündın narazı qalmayanlar, buna xoşluqla aman verməz…

Şamil Novruzov

Müharibə veteranı

Bu xəbəri paylaşın: