Rusiya ordusundan ŞİDDƏTLİ HÜCUM — 26 ölü, çox sayda yaralı var

Rusiya qırıcılarının Suriyanın İdlib şəhərində təşkil etdiyi hava hücumu nəticəsində azı 26 dinc insan həyatını itirib. Çox sayda yaralı var.

Publika.az xəbər verir ki, bu barədə yerli müxalif mənbələr məlumat yayıb. Bildirilir ki, Rusiya hava qüvvələri səhər saatlarından başlayaraq hücumları intensivləşdirib. Hazırda ərazidə partlayış səsləri eşidilir.

Qeyd edək ki, 5 gün əvvəl Suriya ordusu İranın dəstəklədiyi silahlılarla birgə təhlükəsizlik bölgəsində yerləşən İdlibin cənub və qərb cəbhələri istiqamətində hücuma keçib. Hücumlara görə on minlərlə insan Türkiyə sərhədinə axı edib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •