Paşinyanın «kurs işi»: QARAQAYA əməliyyatı

(Əvvəli: http://fedai.az/?p=11236)

Deməli, bu cür informasiya ötürülməsi Rusiyanı, bu sərhəd pozma əməliyyatında təmsil edən şəxsin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Ermənistandakı sərhəd idarəsinin rəisi general-leytenant Roman Qolubitskiy olmasına diqqəti yönəldir.

Ərazinin kəşfiyyat məlumatları bu adama verilib. Gürcüstandan keçib gələn hərbi kontingent FTX-yə mənsub olub və artileriya atışlarını bu qurum həyata keçirib. Çünki müharibədə iştirak etmiş hər kəs dəqiq bilir ki, düşmən mina atanlarda bacarıqlı olsalar da, artileriya sahəsində çox bacarıqsızdılar. Həm də dəqiq kordinatları vurmaq onların işi deyil. 122 mm-lik mərmi ilə onların bir neçə atəş etməsi isə heç mümkün deyil. Bu məsələdən və «kordinatların ötürülməsi» faktını gizləmək üçün, həm Azərbaycanda, həm də Ermənistanda PUA — lardan danışmağa başladılar. Bu təsadüfə bənzəmir. 20 iyulda informasiya məkanına gözlə görünməyən yerdə generalın və digər yüksək rütbəli zabitlərin vurulmasını PUA ilə vurulmasının ilk günlərdə deyil, 6 gün sonra deyilməsi də şübhə doğurur. Həm də Ermənistan MN-nin sözçüsü Şuşan Stepanyan və erməni saytları öz istehsalları olan bu aparatların, uğurla sınaqdan keçirilməsini paylaşır və uyğunsuz video görüntülər yayır.

Հեղինակ՝ ՀՀ զինված ուժերՏեսանյութը պատրաստեց «Նովոստի-Արմենիա»-ն

Posted by Shushan Stepanyan on 21 İyul 2020, Çərşənbə axşamı

Kordinatların dəqiq verilməsi və vurulan maşına mahiyyəti üzrə tək atəş açan hərbçilərin, yalnız ruslar olması bu qənaəti daha da qüvvətləndirir. Daha dəqiq desək, istifadə olunan hərbi birliklər Federal Təhlükəsizlik Xidmətinin (FSB) Ermənistandakı sərhəd idarəsinə məxsus olub. Çünki bu qurum Ermənistanın sərhədlərinə cavabdeh olduğu üçün erməni həyasızlığı ilə günah Azərbaycan üzərinə atılacaq və içimizdəki 5-ci kolon mənsubları, elə indi olduğu kimi buna dəstək verəckdilər. Bu planın məqsədli şəkildə hazırlandığını detallarıyla anlatmağa çalışacağıq.

İyulun 14-də Ermənistan alman jurnalistin yaydığı bir informasiyanı tələsik təkzib elədi. Almaniyanın «Bild» qəzetinin jurnalisti və hərbi analitiki Julian Repke «Twitter» mikrobloqunda Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrini mülki təyyarələri hədəf seçməkdə ittiham etməsini yayınlamışdı. Donbasda vurulmuş sərnişin təyyarəsini xatırlayırsınızmı? Sizcə alman hərbi araşdırmaçı bunu, sadəcə diqqətləri cəlb etmək üçünmü yaymışdı? Çox güman ki, sərnişin təyyarəsinin vurulması, bölgədə beynəlxalq aləmin diqqətini planlaşdırılmış işğal faktından yayındırmaq üçün həyata keçiriləcəkdi. Çox güman ki, Azərbaycanın üstünə atılacaqdı.

Ukraynadakı o hadisəni xatırlayaq. Ukrayna Təhlükəsizlik Xidməti Departamentinin rəhbəri Vitali Nayda bildirimişdi ki, “Boeing 777” təyyarəsinin Rusiyadan Ukraynaya göndərilmiş «BUK-M» zenit-raket kompleksi vasitəsi ilə vurulması barədə təkzibedilməz sübutlara malikdir. O, Torez şəhərinin küçələrindən birində «BUK-M» quraşdırmasının fotosunun jurnalistlərə nümayiş etdirmişdi. Həmçinin, Donetsk ərazisisində silahın quraşdırmasını əks etdirən fotosu, ərazidə raketin buraxılması dəqiqəsində çəkilmiş foto göstərilib. Xatırlyırsınızsa, uzun müddət Ukrayna tərəfi günahkar durumda qaldı və işğal faktı isə arxa plana keçdi. Bunu sadalamaqda daha bir rus izinin ortada olduğunu bildirməkdir. Çünki SBU, hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlaya bildi. Audioyazıda “Bes” ləqəbli terrorçu İqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya SQ Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə raport verməsinin səs yazısını ortaya qoydu.

Rusiya ermənilərin əliylə Tovuz bölgəsinin bu ərazilərini işğal etməklə, həm Qərb, həm də Türkiyə üzərində böyük avantaj qazanmağı planlamışdı. Çünki Azərbaycanı Qərblə bağlayan beynəlxalq enerji layihələri və dəmir yolu xətti Tovuzdan keçir. Həmçinin, bu xətt sayəsində Türkiyənin son 20 ildə Rusiyadan idxal etdiyi qazın həcmi 50 faizdən, 17.8 faizə düşüb. Yəni Azərbaycanın Türkiyədəki payı 3 faizdən 35 faizə qalxıb. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyində aparıcı rola malik olmaqla Rusiyanı sıxışdırıb. Rusiya bunu həzm edə bilmir. Digər tərəfdən Azərbaycanın bu bölgədən keçən dəmir yolu xətti Rusiyaya məxsus dəmir yollarından 1400 km daha qısadır və ona görə də cəlbedici və rentabellidir.

Həm də Avropaya qaz verilməsinə 3 ay qalmış bu insidentin baş verməsində maraqlı olan tərəfləri uşaq da sezə bilər. Rusiyanın belə bir cılız oyun oynaması onun dünya üçün bir təhlükə olduğunu bir daha sübut elədi. Eyni günlərdə Novorossiysk neft kəmərinin işlək hala gətirilməsi barədə informasiyalar dövriyyəyə buraxılmışdı. Rusiya arxa plana çəkilməklə, bölgədə «həlli olmayan problem» adı altında uzun illər üçün planlaşdırılmış daha bir problem yaratmaqla, yenidən Türkiyə, Gürcüstan və Qərb dövlətlərini Novorossiysk, Cənub axını kəmərlərinə möhtac durumda saxlayacaqdı. Trans Xəzər hövzəsinin və Gəncə koridorunun təhlükəyə məruz qalması yeni dönəm aça bilərdi. Yəni ermənilərin əliylə işğal edilmiş ərazidən keçən xəttlər və dəmir yolu partladılaraq yararsız hala salınacaq və bölgədə rus hakimiyyətinin bərpası qaçılmaz olaraq qəbul ediləcəkdi. Bunca bəsit bir planı ortaya atan Rusiyanın planını pozan qəhrəmanlarımıza rəhmət olsun! Unutmamalıyıq ki, qaz kəmərinin açılışınadək yeni hücum və təxribatların olması mümkündür.

Bəziləri bunu sərhəddə qəfil baş vermiş insident, yaxud da «təxribat» adlandırmaqla, bu döyüşün mahiyyətini gizlətməyə çalışırlar. Bu döyüş, təxribat deyil, hazırlıqlı bir hücum planının qarşısının alınmasıdır. Bu qəfil baş verməyib və bu əməliyyatın keçirilməsi üçün ciddi hazırlıqlar gedib. Hər iki tərəfdəki Rusiyaya kolonluq edənlər, işbirliyi içərisində olublar. Ordunun qəfildən geri çəkilərək, təhlükəni sezmədən SX qoşunlarının bu cinahda yerləşdirilməsi araşdırılmalıdır. Dislokasiya zamanı belə bir mühüm postun zəif buraxılması və bu məlumatların bütün vasitələrlə düşmən tərəfindən yoxlanması aydın görünür. Qaraqaya hərbi strateji mövqeyi bölgəni ən azı 3 yerə parçalamağa imkan verən bir mövqedir.

Ermənistan Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın facebook səhifəsində yedək profil kimi istifadə olunan Հայ Զինվոր (Erməni əsgəri) adlanan bir trol-saxta profil var. Bu profil Şuşan üçün züy tutan rolu oynayır. Onun hadisələrin ilk günü yazdığı şərhi diqqətinizə çatdırırıq: «Gardmanı (Daşkəsəni) «azad etməyə» başlamaq lazımdır. «Azərbaycanın yaratdığı» gərginlikdən istifadə edərək, Ermənistan, nəinki düşmən hücumlarını dayandırmalı və müvafiq bölgələri işğal etməli, həm də Gardmanı tamamilə azad etməlidir. Niyə əvvəlcə Gardman, çünki Gardman Azərbaycanın qərb hissəsinin yeganə dağlıq bölgəsidir, Azərbaycanın ən güclü dairəsinə və Ermənistan-Azərbaycan sərhədinin müxtəlif bölgələrində yüksək səviyyədə idarə olunan hərbi bazalara sahibdir. Bundan əlavə, Gardamnın ələ keçirilməsi Geqarkunik, Tavuş və Artsax arasında olmasıdır və əslində artıq erməni qüvvələri tərəfindən mühasirəyə alınıb və bütün Gardmanı şimaldan və eyni zamanda qərbdən atəş altında saxlamaq mümkündür.

Erməni əsgəri adlı troll

Karvaçar (Kəlbəcər) sərhəddindəki azərlər, mövqelərimizdən daha aşağı, lakin aşağı mövqelərini atəşlə dəstəkləyən 3-4 yüksək mövqeyə sahibdirlər. Ermənistan ordusu Karvaçarın 3-4 yüksək mövqelərini «azad edərsə», azərbaycanlılar cəbhədən 15-20 km, Karvaçardan isə ən az 5-10 km məsafədə olarlar. Bu 3-4 mövqeyi azad etmək və qorumaq sayəsində geri çəkilib azəriləri sərbəst buraxarıq. Nəticədə, erməni ordusunun Karvaçar hissəsindəki mövqeləri sözün ən vacib mənasında birmənalı qarşılanmayacaq, Gardmanın cənubunda və şərqində bizə qarşı olan qüvvələri, sərbəst burax, onlar nəinki atəş açar, heç səslərini də çıxarmayacaqlar və düşmənin bizə qarşı hər hansı bir hərəkəti mümkün olmayacaqdır.

Ermənilərin internet üzərindən «tarixi erməni torpağı» adıyla yaydığı xəritə

Gardmanın «azad edilməsi» eyni zamanda 2 istiqamətdən başlamalı, Çinin (?) cənubuna və Ömər aşırımı, Murovun şimalına hərəkət edilməlidir. Gegharkunik sərhədindən, Çindən və Ömərdən Gardmana qədər güclü bir atəşlə, bütün Gardmanı yandıracağıq və üzüyü atəşə verəcəyik. Yüksək bir hərbi bazanı itirəndən sonra azərbaycanlılar çaxnaşmadan qurtaracaq və Gardman itkisi Qandzak-Gəncə, Ağstev-Ağstafa, Tavuş-Tovuz, Yevlax və ətraf kəndlərin Apşerona köçməsi ilə nəticələnəcək. Bakıda 1-1,5 milyon mühacirin meydana çıxması Azərbaycanın təslim olmasının başlanğıcı olacaq.» (Xəritəyə bax).

Erməni trolun şərhi

Bu plan İNOBİS (Kazimirov-Qraçov planı) Rus-faşizm planında yeni bir dəyişikliyi ortaya qoyur. Kiçik hissələrlə udulma və ya sürüngən müharibə taktikası. İndi isə son 10 gün baş verənlərin rəsmi olan informasiyalarına diqqət yetirək. Müdafiə naziri Tonoyanın fəallaşması diqqətimizi cəlb edir. Müdafiə nazirindən çox xarici işlər naziri kimi sıx görüşlər keçirməsi bizim hərbi kəşfiyyatın diqqətini cəlb etməməsi çox müəmmalıdır. Hətta təəccüb doğurur. Bizim Müdafiə naziri və bu gün haqlı olaraq hədəfdə olan Baş Qərargah rəisinin nə işlə məşğul olmalarını müəyyən edə bilmədik…

Qraçov-Kazimirovun İNOBİS işğal planı, xəritə 1992-ci ildə hazırlanıb

3 iyul 2020-ci il. Ermənistan Müdafiə naziri Tonoyanın koronavirusa qarşı mübarizə pərdəsi altında Litvadan gəlmiş bir qrup hərbçi ilə görüşdüyü bildirilib. Görüş zamanı litvalı hərbçilərin gəlişinə böyük əhəmiyyət verildiyi qeyd olunub…

Döyüşün ikinci günündə N. Paşinyana snayperlərin fəal işlədiklərini məruzə edən Tonoyan, əslində indi söyləyəcəyimiz faktı təsdiq edir.

«Бе́лые колго́тки» və ya «Белый чулок» adlanan litvalı snayper qadınları Birinci Qarabağ müharibəsi iştirakçıları yaxşı xatırlayır və onları «Бе́лые лифчики» adlandırırdılar. Bu qadınlar soyunaraq görünən yüksəkliklərə çıxıb özlərini nümayiş etdirərdilər və işin əslini bilməyən təcrübəsiz əsgərlər başını qaldırıb baxan kimi digər snayperlər tərəfindən vurulurdular. Məlumat üçün bildiririk ki, XX əsrin 90-cı illərinin əvvəllərindən keçmiş SSRİ ərazisində, bütün hərbi münaqişələr zamanı onların bu xidmətlərindən istifadə olunub. Fövqəladə Hallar üzrə Jurnalistika Mərkəzinin direktoru Oleq Panfilov (Олег Панфилов: «Hевероятные истории о том, что россиян в Тбилиси преследуют — вранье» — Радио Свобода © 2010) Ermənistan-Azərbaycan müharibəsi zamanı Qarabağda litvalı snayper qadınların iştirakından bəhs edib.

Yəni litvalı hərbçilərin gəlişi rəsmi olsaydı, Litvanın da rəsmi KİV-lərində də bu informasiyaya yer verilərdi. Belə bir informasiya yoxdur. Dünyanın heç bir ölkəsi koronavirusla mübarizəyə hərbçiləri köməyə çağırmadığını hər birimiz bilirik. İtaliyaya rus hərbçilərinin getməsini bütün avropalıların ironiya ilə qarşılamasını hələ ki, unutmamışıq. Belə çıxır ki, «Belıe lifçiki» adlandırdığımız snayper litvalı qızlar, bu dəfə Tavuşda və Tovuzda koronavurus «ovuna» çıxıblarmış…

Litvalı hərbçilərlə görüş

3 iyul 2020-ci il. Ermənistan HHQ — nə məxsus Su 30M təyyarlərinin havadan raket zərbəsi endirmək əməliyyatını məşq ediblər. Bu sınaqlara kimlərin rəhbərlik etməsi bəzi qaranlıqlara işıq salmaq üçün yetərli olacaq.

Vyaçeslav və Yevgeni Averyanovların rəhbərliyi ilə bu sınaqlar keçirilib və bu rus təyyarəçilər iyulun 10-da Ermənistan Müdafiə naziri Davit Tonoyan, Rusiya Silahlı Qüvvələrinin təliminə və təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən Rusiyanın ən məşhur pilotları kimi, Rusiya Federasiyasının qəhrəmanı ata — bala Vyaçeslav Yuriyeviç Averyanov və Yevgeni Vyaçeslavoviç Averyanovu qəbul edərək, Baş nazirin adından Ermənistan Respublikası mükafatına layiq görülməsi münasibəti ilə təbrik edib. Davit Tonoyan oinların pilot sınağı il gördükləri işləri, əməkdaşlığı və dəstəyi yüksək qiymətləndirib. RF Qəhrəmanı hazırda rəsmi olaraq Rusiya «İrkut» uçuş sınaqları mərkəzinin işçisidir. Yəni icazə olmadan bu adamın başqa bir ölkədə bu cür işlərlə məşğul olması mümkün deyil. 2-ci dərəcəli sınaq uçuşları təyyarəçisi oğul Yevgeni Averyanov da həmin şirkətin işçisidir. Xatırladaq ki, bu təyyarəçilər son ildə dəfələrlə Ermənistanda olublar.

4 iyul 2020-ci il. Paşinyan MN və Baş Qərargah rəisiylə görüşür və onları tərifləyərək, bölgədəki durumu müzakirə edib. Silahlı Qüvvələrdən istifadə planı müzakirə olunub.

Ölkənin Müdafiə naziri olan D. Tonoyanın keçirdiyi görüşlərə diqqət yetirək. Sanki bu ölkədə hərbi vəziyyət elan olunub və bütün işlər MN nəzarətinə verilib.

Həmçinin 4 iyulda Ermənistanın Gümrü şəhərində yerləşən və Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu hadisə yerli və xarici KİV-də geniş işıqlandırılıb.

6 iyul 2020-ci il. Tonoyan Qırmızı Xaç komitəsinin yerli şöbəsinin rəhbəri Kler Metrionun başçılığı ilə nümayəndə heyətini qəbul edir. Görüş zamanı Azərbaycanda saxlanılan ermənilərdən söz açıb, narahatlığını bldirir.

7 iyul 2020-ci il. ABŞ səfirini qəbul edir və bölgədə güvənlik məsələlərini müzakirə edir. Elə həmin gün Hərbi Sənaye naziri Akop Arşakyanla Baş nazir Paşinyan «Kalaşnikov» zavodunda olurlar. Bu görüşdə RF — nın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak edib. Görüşdə avqustdan etibarən orduya silah veriləcəyi bildirilib.

8 iyul 2020-ci il. Tonoyan Belarus səfirini qəbul edib.

Avropa Şurasının Ermənistandakı nümayəndəsi Nataliya Vutovanı qəbul edib.

9 iyul 2020-ci il. Çin səfirini açıq havada qəbul edib. İki dövlət arasında əlaqələrdən və hərbi sahədə iş birliyinin yüksək səviyyədə olmasından danışıb! Ən ağır YARDIMLAR, MƏHZ BU ÖLKƏYƏ ÇİNDƏN GƏLDİYİNİ bilirik. Həm də bu yaxınlaşma Çinin antitürk və anti Türkiyə mövqeyi ilə bağlıdır. Ermənistanı Türk coğrafiyasına vurulan «paz» olmasından yararlanmağa can atır…

Çin səfiri görüşə hərbi Atteşe ilə gəlib

11 iyul 2020-ci il. Ermənistan Fövqaladə Hallar naziri Feliks Tsolakyan qəflətən Tavuşda yerləşən nazirliyə məxsus hərbi hissəyə gəlir və fövqaladə hallara hazır olmağı tapşırır. Onların vurulmuş qərargahı söndürdüyü videoda əks olunub.

12 iyul 2020-ci il. Ermənistan MN Mətbuat Xidmətinin rəhbəri Şuşan Stepanyan öz facebook səhifəsində bu xəbəri paylaşdı: «Bu gün, saat 12: 30-da, azərbaycanlı hərbşilər UAZ avtomobili ilə Ermənistanın dövlət sərhəddini Tavuş istiqamətində pozmağa cəhd etdilər. Erməni tərəfinin xəbərdarlığından sonra UAZ markalı avtomobili tərk edən azərbaycanlı əsgərlər yenidən öz xidmət yerlərinə qayıtdılar.

Saat 13: 45-də Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Ermənistan silahlı qüvvələrinin sərhəd mövqeyini silahlı basqınla ələ keçirmək cəhdini təkrarladılar, lakin erməni tərəfindən depresiyaya düşürüldülər və itki verdilər. Erməni tərəfindən isə itki yoxdur.»

ARDI VAR…

AVMVİB Mətbuat Xidməti və Fedai.az Araşdırma Qrupu

İLQAR QIRICI: Tovuzda hansı postu aldıqını deyir ermənilər bilirsizmi?Peykdən görüntü.

Bu xəbəri paylaşın: