Paşinyanın «kurs işi»: QARAQAYA əməliyyatı

(Əvvəli: http://fedai.az/?p=11236, http://fedai.az/?p=11337)

İndi isə döyüş öncəsi qəbul edilmiş müraciət və bəyanatlara diqqət yetirək:

Əsgər Sığorta Fondunun bəyanatı

Əsgərin Sığorta Fondu bildirir ki, bu günlərdə Ermənistanın müdafiəsi zamanı ölən və ya əlil olmuş hərbçilərə, onların ailə üzvlərinə aşağıdakı məbləğlərdə kompensasiya ödəniləcəkdir.

— Ölən və ya birinci dərəcəli əlilliyi olan zabitlər — 82 milyon AMD (təxminən 170.000 ABŞ dolları), onlardan 10 milyon AMD (təxminən 20.000 USD) birdəfəlik ödənir, qalan hissə isə 20 il ərzində bərabər hissələrlə aylıq ödəniləcəkdir .

— Birinci dərəcəli əlilliyi olan və ya ölən və aşağı vəzifəli zabitlər — 70 milyon AMD (təxminən 145.000 ABŞ dolları), bunlardan 10 milyon AMD birdəfəlik (20 min USD), qalanı 20 il bərabər aylıq hissələrlə ödəniləcəkdir.

— Öldürülmüş və ya birinci dərəcəli əlilliyi olan kiçik zabitlər; çağırışçılar — 58 milyon (təxminən 120.000 ABŞ dolları), bunlardan 10 milyon dram birdəfəlik ödəmələr, qalanları — 20 il bərabər aylıq hissələrlə ödəmə.

— İkinci dərəcəli əlillər olan məmurlar — 53 milyon AMD (təqribən 110.000 ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr (10.000 USD), qalanları — 20 il bərabər hissələrlə aylıq ödənişlərdir.

— İkinci dərəcəli əlilliyi olan unter zabitlər — 41 milyon AMD (təqribən 85 min ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr, qalanları isə 20 il bərabər aylıq ödənişlərlə.

— ikinci dərəcəli əlillik almış kiçik zabitlər — çağırışçılar — 29 milyon AMD (60 min ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr, qalanları isə 20 il bərabər aylıq ödənişlərlə ödəniləcək.

Beynəlxalq görüşlərdə sülh qarğası olan ermənilərin döyüşdən sonra orduya müraciətini də təqdim edirik:

ERMƏNİSTANIN ŞANLI ORDUSUNUN GENERALLARI, ZABİTLƏRİ, SERJANTLARI, ƏSGƏRLƏRİ, MƏNİM SİLAHDAŞLARIM!

Azərbaycan bizim düşmənlərimizin hərtərfli dəstəyindən istifadə edərək Ermənistan Respublikasının şimal-şərqində özünün törətdiyi hərbi təxribat fəaliyyətlərində sarsıdıcı məğlubiyyətə uğraması ilə barışa bilmir və bizi geniş miqyaslı müharibə ilə təhdid edir.

Biz gərək vuruşaq və qalib gələk, çünki Vətən, adətən yazıqların göz yaşlarından və zəiflərin qorxusundan məhv edilir. Bizim damarlarımızdan isə əsl döyüşçü qanı axır. Hansı ki, bu döyüşçü həmişə özündən daha çox olan düşmənə qarşı vuruşub.

Deyilənlərin əyani sübutu Sərdarabad, Baş-Aparan və Qarakilsədəki qəhrəmancasına döyüşlərdir (Erməni yığnağı bu döyüşdə 1 gün davam gətirə bilməmişdi — red.). Bundan başqa, azad edilmiş Qarabağ və şanlı Şuşadakı döyüşlərdir. Bizim mübarizəmiz səbrsiz həvəslə, əcdadlarımıza mənsub olan dərin inamla və qolumuzun gücü ilə olmuşdur. Hansı ki, onu həm də bu gün Çinaridə, Movsesdə, Ayqeparda və s. göstərdik. Yüksək vətənpərvərliklə erməni millətinin, erməni ordusunun silahlarının şöhrətini nümayiş etdirdik. 3-cü Ordu korpusunun apardığı döyüş əməliyyatları isə erməni hərb tarixinə xüsusi qəhrəmanlığı və nümunəviliyi ilə yazılacaq.

Bizim işimiz haqq işidir, biz babalarımızın müqəddəs torpağını, ata evini, bizim şərəfimizi və xalqımızın azad ölkədə dinc yaşamaq hüquqlarını müdafiə edirik. Biz yalnız qələbə çalmağa məhkumuq. Xəyanətkar düşmənə qarşı sonuna qədər vuruşaraq, bizim qətiyyətli və hazırlıqlı olduğumuzu göstərək ki, o, Ermənistan və Qarabağ istiqamətinə bir daha boylana (baxa) bilməsin.

Fəxr edirəm ki, sizlərdən biriyəm və sizin hər birinizlə birlikdə şərəflə erməni xalqı namınə silahlı qüvvələrin qələbə yolunu tutacağıq.

Birlikdə irəli qələbəyə doğru…

Allah bizə güç vesin və bizi qorusun…

ER Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi General leytenent: O. Kasparyan» (Bizim Qərargah rəisi də var və o bizim dili öyrənəcək, cəmi 70-cə il vaxt lazımdır-red.).

Döyüşün ikinci günü müxalif «İşıqlı Ermənistan» partiyasının lideri Edmon Marukyan öz Twitter səhifəsində yazdı: «Ermənistan KTMT üzvüdür, Azərbaycan isə KTMT üzvü deyil. Ona görə də KTMT Azərbaycanı ittiham etməli və təkcə Azərbaycan tərəfi heç bir şərt qəbul etmədən atəşi dayandırmağa (Ermənistanı yox!) çağırmalıdır». Bu qeydləri müxalif erməniyə rəğbəti olanlar diqqətlə oxusun. Yaxşı erməni yoxdur! Bunu o boş başınıza soxun…

Düşünürük ki, sadaladığımız faktlar düşmənin bu hücuma ciddi surətdə hazırlaşmasının və hansısa bir gücün sifarişini yerinə yetirmək üçün səfərbər olmasını təsdiq edir. İtkilərə gəlincə isə, düşmən öz itkilərini yaralı adı ilə gizləməkdədir. Hazırda 5 ölü və 20 yaralı statistikası həqiqətə uyğundur. Sadəcə bu yaralıların 12 nəfəri nəfəs almır. Yəni 17 ölü, 8 yaralı, ermənilərin, cəlb edilmiş rus artileriyaçılarından isə təxminlərə görə İrəvan- Krasnodar reysi ilə aparılan «GRUZ-200», yəni yolçu edilmiş rusların sayı ən azı 15 nəfərdir. Yaralılar isə sərhədçilərə məxsus hospitallara yerləşdirilib və gizli saxlanılır.

Və bizim adı müxalifət, özləri erməni maşası olanların yazdıqları və dediklərinə diqqət yetirin…

Bu düşmənin iri miqyaslı hücumu bir çox neqativləri üzə çıxardı. Dahilərdən adını unutduğum birinin dediyinə görə, müharibə ailənin ən gizlin intim münasibətlərini belə tarix səhnəsinə çıxarır. Qısa müddətdə gördüklərimizi dərindən analiz etməyə ehtiyac duyulur. Çünki informasiya təhlükəsizliyimiz yox dərəcəsindədir. Peşəkar olmayanların sayəsində düşmən bizim informasiya məkanına yetərincə informasiya ötürə bildi. Şaiyələrin qarşısını almağa yönəlik heç bir tədbir görə bilmədik. Alınan informasiyaları sintez edə bilən bir jurnalistikamızın olmadığı ortaya çıxdı. 2016-ci ildə döyüşlər zamanı vahid informasiya mərkəzinin yaradılmasını yazmışdım. Bunu ermənilər döyüşün 2-ci günü etdilər. İcevan bölgəsində mövcud vəziyyət barədə informasiyaların araşdırılması məqsədiylə böhran məlumat mərkəzi qurulması 14 iyulda elan edildi. Artsrun Hovhannisyan bu mərkəzin rəhbəri təyin edildi.

Döyüşlər getdiyi günlər gənc xakerlərimiz, şəhidlərimizin dəfninə axışan gənclərimiz daha mütəşəkkil və ağıllı olduqlarını ortaya qoydular. Azərbaycanın sadə vətəndaşları bu ölkənin sahibi olduqlarını sübut etdilər. Lakin düşmən maşası olanlar da öncə olduğu kimi yalan şaiyələrlə çaşqınlıq yaratmağa qismən nail ola bildilər. Keçmiş döyüşçülər bu cür şaiyələrə qarşı bütün vasitlərlə mübarizə aparmaq qərarı vermişdi.

Bu araşdırmaya paralel olaraq, apardığımız informasiya «təftişi» zamanı Müdafiə naziri və Baş Qərargah rəisi barədə yalnız neqativ və hərbi işə dəxli olmayan informasiyalar bolluğuna rast gəldik. İstər hərbçilər, istərsə də mülkü şəxslərin müsbət rəyləri olduqca az olması faktını yazmamaq xəyanət olardı. Hadisələr bir faktı da ortaya qoydu ki, Ali Baş Komandan İlham Əliyev düşmənə qarşı mübarizədə qətiyyətli bir komandandır. Əhalinin ordumuzu və Ali Baş Komandanı dəstəkləyərək küçələrə axışmasına bu gün bəzi məkrli qüvvələr özgə don geydirməyə çalışsalar da bunu hər kəs gördü. Çağırışa 50 mindən artıq adamın səs verərək Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti şöbələrinə axın etmələri də bunu təsdiq edir.

Bu gün, hakimiyyətə qarşı deyil, dövlətimizə qarşı müxalifətçilik edənlər şaiyələr yaymaqda davam edirlər. Güya düşmən qüvvələri o bölgədə strateji mövqelərimizi zəbt etmişlər və bu kimi ordumuzun apardığı dirənişi gözdən salmağa yönəlmiş dezinformasiyalar yaymağa çalışmaqdadırlar. Bu məsələdə ermənilərlə eyni mövqedə duranlara elə erməni “İravunk” qəzetinin bir məqaləsiylə cavab vermək yerinə düşərdi.

“İravunk” qəzetində Kerob Sarksyanın müəllifi olduğu “Tavuş münaqişəsindən kimlər fayda götürdü?” sərlövhəli məqaləsində deyilir: «Dünən bu şaiyələr daha da çoxaldı və müxtəlif xəritələr yayıldı. Sonra foto ortaya çıxdı və iddia olundu ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən tutulmuş Azərbaycan mövqeyində çəkilib. Bu açıqlamalar qəribədir, xüsusilə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara da kəskin ziddir. Beləliklə, nazir Davud Tonoyan Azərbaycan UAZ-nın erməni mövqelərinə yaxınlaşması nəticəsində baş verən hadisələri hökumətin iclasında təqdim etdi. Üstəlik, bildirildi ki, erməni qüvvələri hətta azərbaycanlılara geri qayıtmaları üçün xəbərdarlıq edib, lakin onlar mövqeyimizi atəşə tutub, bizimkilər də cavab verib. Başqa sözlə, nazir əslində qüvvələrimizin yalnız müdafiə olunduğunu bildirdi. Həm də Azərbaycanın mövqelərini götürdüyümüz deyilir. Müdafiə olunan zaman bunu necə etmək mümkündür? Axı əraziləri tutmaq üçün hücum etməlisən”…

Məqalə müəllifi vurğulayır ki, nazirin iddiaları ilə azərbaycanlıların dedikləri arasında da uyğunsuzluq var: “Əvvəlcə bu, Azərbaycanın təbliğat maşını kimi görünürdü, lakin sonradan bunların təbliğat olmasına şübhələr yarandı. Xüsusilə Paşinyanın Soros mediasında və pulla işləyən bu cür media orqanlarında “bizim hücuma keçdiyimiz, azərbaycanlıları əzdiyimiz” haqda deyilənlər təəccüblü idi. Aidiyəti qurumların Azərbaycanın dediklərini nə təkzib, nə də təsdiq etməməsi da diqqət çəkir. “Mənim addımım” fraksiyasının üzvü Sipan Paşinyan “Gardaş” adlı profilin paylaşdığı erməni hərbi birləşmələrinin mövqelər əldə etdiyini əks etdirən foto yaydı. Ardınca “Erməni əsgərinin xeyrinə” adlı QHT-nin rəhbəri David Torosyan Facebookda həmin fotonu “Ermənistan silahlı qüvvələri artıq yeni mövqelər ələ keçirib” qeydi ilə paylaşdı. Əgər belədirsə, Müdafiə Nazirliyi bunu rəsmi şəkildə açıqlamalıdır. Yox açıqlamırsa, onda sual yaranır: Məqsəd nədir, bizim qüvvələr əvvəldən hazırlanmış hücumu reallaşdırıblar? Bu suallar hərbi və diplomatik aləmdə bizi çətin vəziyyətə sala bilər. Yalandırsa, o zaman deputatın və hökumətyönümlü ekspertlərin bu cür iddialarını necə başa düşək? Populist hərəkət? Lakin belə bir addım dövlətə zərbə vurur…

Başqa bir sual da var: Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantı keçirəcəyi açıqlanmışdı və tarix təyin olunmuşdu. Sonra məlum oldu ki, toplantı qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi izahat budur ki, KTMT baş verənləri öyrənmək istəyir. Daha dəqiq desək, Rusiyada sərhəddə baş verənlərlə bağlı bəzi suallar yaranıb. (Yəni Rusiyanın istəkləri həyata keçməyib-desə daha dəqiq olardı-red.) KTMT toplantısının təxirə salınmasının Ermənistanın müvafiq qurumları tərəfindən şərh edilməməsi isə o deməkdir ki, bizim hökumət toqquşmaların mənşəyini izah edə bilməyib”.

Erməni müəllif daha sonra bir məqama toxunur: “Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir”…

Yəni Paşinyanın maraqları daxil, Qaraqaya əməliyyatı uzun aylardan bəri hazırlanmaqda olan bir «kurs işi» olub. İndi Putinin Paşinyana qeyri-məqbul yazması qaçılmazdır. Lakin öncədən planlaşdırılmış proseslər davam etdirilməkdədir. Xüsusən də, bu günlərə təsadüf edən Rusiya-Ermənistan hərbi təlimlərinin planlaşdırılması, özü də hava hücumundan müdafiə qüvvələrinin birgə təliminin öncədən planlaşdırılması, sizcə təsadüfdürmü?

Rəsmi İrəvanın bu təlimlər barədə verdiyi məlumata diqqət yetirək (Mətni bizim Baş Qərargah rəisi də anlasın deyə rusca təqdim edirik): «Воздушная ситуация боевых действий, развернувшихся в последние дни на северо-восточном участке армяно-азербайджанской государственной границы, полностью задокументирована и в рамках проходящих сейчас учений ПВО во внеплановом порядке проводятся исследования архивов средств объективного контроля. Армянская сторона анализирует тактику противника и действия армянских подразделений ПВО.

В рамках учений объединенной армяно-российской региональной системы ПВО были разыграны различные сценарии применения и противодействия разведовательно-ударным БПЛА.»

Son olaraq, iyulun 28-də Ermənistan Respublikasının Müdafiə naziri David Tonoyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin ilə görüşmüşdür. Görüşdə Rusiyanın Ermənistandakı səfirliyinin hərbi-hava attaşesi, polkovnik Andrey Qrişçuk da iştirak edib.

ER Müdafiə naziri səfirə Ermənistan-Azərbaycan dövlət sərhədində, Qarabağ və Azərbaycan qüvvələri arasındakı təmas xəttindəki son vəziyyət barədə məlumat verdi, Rusiya tərəfinin konstruktiv və sabitləşdirici rolunu vurğulayıb.

David Tonoyan, bölgədəki təhlükəsizlik vəziyyətinin gərginləşməsi üçün Türkiyənin və Azərbaycanın atdığı siyasi və hərbi addımlarla bağlı fikirlərini bölüşərək, Ermənistan Silahlı Qüvvələrinin, eləcə də Ermənistan-Rusiya ortaq qrupunun bölmələri əlaqələrinin davam və təhlil edəcəyini qeyd etdi. Vəziyyətin hər hansı bir inkişafına hazır olun.

Səfir Kopırkin Rusiyanın bölgədə sabitliyin bərqərar olması ilə bağlı mövqeyini bir daha təsdiqlədi, Rusiya tərəfinin bu istiqamətdə bütün lazımi tədbirləri gördüyünü bildirdi. Həmsöhbətlər ikitərəfli hərbi əməkdaşlıq, o cümlədən birgə döyüş hazırlığı, Ermənistan Respublikası və Rusiya Federasiyası ərazisində keçiriləcək hərbi təlimlərin təşkili məsələlərini müzakirə etdilər. Bu məqam diqqətə alınmalı və Rusiyanın bölgədəki vəziyyəti qızışdırmaq kimi qiymətləndirilməlidir və Rusiyaya nota təqdim edilməlidir. Rus faşizmi bilməlidir ki, SSRİ Qafqazda kömüldüyü kimi, Rusiya da burada kömüləcəyini bilməlidir…

Qısacası, deyək ki, bölgəyə gəlmiş ruslara məxsus hava hücumundan müdafiə qüvvələri «kurs işi» həyata keçirildikdən sonra ən başlıca müdafiə olunma sistemi kimi erməniləri qorumaq üçün vacib bir məsələdi. Arxayınlaşmaq olmaz.

Düşməni 24 saat oyaq olan bir məmləkəti qorumaq üçün daha tədbirli olmağa məhkumuq. Ən azı düşmənə qarşı düşmən kimi davranmağı öyrənməliyik…

P.S. Dünyanın həsəd apardığı Türk ordusu Azərbaycandadır. Salam olsun onlara. Rusbaşlılar və erməni soylular ayağınızı dəng alın!

P.P.S. Erməni dilində olan materialların tərcüməsində bizə yardımçı olan dəyərli alimimiz İsmayıl Tanrıverdiyə öz minnətdarlığımızı bildiririk…

AVMVİB Mətbuat Xidməti və Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: