YEVGENİ SATANAVSKİY: “RUSİYA QARABAĞDAN ÇƏKİLƏRSƏ, BÜTÜN BÖLGƏNİ İTİRƏCƏK»

“Ermənistan və Azərbaycan arasında mövcud münaqişənin həllinin iki yolu var. Həmin həll yollarında isə müharibə sennarisi yoxdur”.

JAMAZ.İNFO xəbər verir ki, bunu rusiyalı şərqşünas və politoloq Yevgeni Satanavskiy ermənilərin Tovuza hücum etməsini şərh edərkən deyib.


Onun sözlərinə görə, münaqişənin müharibə yolu ilə həllini yalnız Rusiya müəyyən edə bilər.


Satanavskiy münaqişənin həlli yollarından birini Rusiyanın iştirakı olmadan mümkünlüyünü vurğulayıb. O hesab edir ki, bu zaman maraqlı dövlətlər münaqişə bölgəsinə sülhməramlı qüvvələr cəlb edərək, iki ölkə arasında bufer zonası yaradacaq. “Bu, o deməkdir ki, həmin maraqlı ölkələr vəziyyəti nəzarətləri altına alacaqlar. Nəticədə, Rusiya nəinki bu bölgədə, keçmiş SSRİ məkanında və beynəlxalq aləmdə bütün nüfuzunu itirməli olcaq. Belə olacağı təqdirdə, Rusiyanın xeyrinə olan yeganə amil onun iqtisadi qüvvələrinə və gücünə qənaət etmək olacaq”.


Satanavskiy Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ikinci variantda Rusiyanın təkbaşına hərəkət etməsini əsas sayır. “Rusiya təkbaşına sülhməramlı qüvvələri bölgəyə cəlb edir və diplomatik müzakirələrə başlayır. Moskva münaqişənin həlli üçün dəqiq yol xəritəsi hazırlayır. İrəvan və Bakıya sübut edir ki, müharibə onların heç birinə yaxşı nəsə vəd etmir. Təbii ki, bu addım atılarsa çoxları inciyəcək. Amma onlara göstərmək lazımdır ki, Moskva zarafat etmir”.
Politoloq Yevgeni Satanavskiy bir müddət əvvəl bildirmişdi ki, Qərb Rusiyanı sıxışdırmaq üçün əlverişli məqam və məkan axtarır. Onun sözlərinə görə, Qərbin əsas hədəfi özü olmadan, başqalarının əliylə Rusiyaya qarşı müharibəyə başlamaqdır. “Qarabağ həmin plasdarmlardan biridir. Qərb orada yeni cəbhə yaratmaq istəyir”.

Bu xəbəri paylaşın: