AVMVİB SƏDRİ VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİNİ TƏBRİK ETDİ

AVMVİB sədri Füzuli Rzaquliyev xalqımızı, müharibə veteranlarını və şəhid ailələrini təbrik edib.


Təbrikdə deyilir:


— Əziz və dəyərli döyüşçü qardaşlarımız! Əziz Azərbaycan xalqı!


Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə hər birinizi təbrik edirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qoy bizim kəsəcəyimiz qurbanlar və edəcəyimiz dualar işğalda olan Vətən torpaqlarımızın azadlığına bir vəsilə olsun.


Bir daha Sizləri və doğma xalqımızı müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.


Uca Allahdan istəyimiz budur ki, bizim hər bir günümüzün gerçək bayram olmasını, ali məqsədlər uğrunda qurban vermək mədəniyyətini bizlərə nəsib etsin və xalqımıza milli-mənəvi dəyərlərimiz ətrafında gerçək həmrəylik əta etsin.


Kainatın yaradıcısı və aləmlərin Rəbbi uca Allaha sonsuz şükrlər olsun! Qurban bayramı bütün insanlıq üçün xeyrlərə vəsilə olsun.

E. Səlim

Bu xəbəri paylaşın: