“Paşa Bank”dan bir qrup Şəhid ailəsi və müharibə veteranlarına “Qurban” bayramı payı

AVMVİB Nəsimi rayon şöbəsinin sədri ehtiyatda olan polkovnik, “Azərbaycan bayrağı” ordenli Elmar Hüseynovun verdiyi məlumata görə, “Paşa Bank” ASC İdarə Heyyətinin sədri cənab Taleh Kazımov Nəsimi rayon veteranlarını “Qurban” bayramı münasibəti ilə təbrik edib.


AVMVİB Nəsimi rayon şöbəsinin sədri E. Hüseynov, bu nəcib və xeyirxah işdə şəhid ailələrinə, əlillərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə cənab Taleh Kazımova öz minnətdarlığımızı bildirib. “Paşa Bank” ASC bu müqəddəs gündə və pandemiya dövründə xalqla birgə olmaq nümunəsi göstərdi. Bu sosial qayğıdan yararlanan hər kəs öz minnətdarlıqlarını çatdırmağı bizdən xahiş etdilər.


«Paşa bank» ASC Milli Qəhrəman Nofəl Quliyevin ailəsini də Qurban bayramı münasibəti ilə təbrik etdi. Şəhidin həyat yoldaşı Furada xanım, nəvələri Dayana və Kamilla «Paşa bank»a öz təşəkkürlərini bildiriblər.


Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •