AVMVİB Binəqədi rayon şöbəsində veteranlara bayram payı verildi

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovun verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin xətti ilə bir qrup ehtiyacı olan rayon müharibə veteranlarına Qurban bayramı münasibətiylə Qurban əti verilib.

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, bildirdi ki, bayram münasibətiylə xalqımızı, o cümlədən müharibə iştirakçılarını təbrik edirəm. O, bildirdi ki, belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürüdür və bu qəbildən olan insanlara qayğı göstərilməsinin ölkədə vətənpərvərlik üçün böyük önəmi var. O, rayon veteranları adından Binəqədi rayon İcra Hakimiyyəti rəhbərliyinə diqqət və qayğı üçün öz minnətdarlığını bildirdi.

M. Ələsgərov, o gün olsun ki, işğal altında olan torpaqlarımız azad olunsun və bu qurbanları Qarabağ torpaqlarımızda kəsməyi arzuladı.

Bu xəbəri paylaşın: