Fedai.az-ın ziyarətçi sayı 1 milyon 100 min nəfəri ötdü

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətbu orqanı olan Fedai.az xəbər portalı ötən cari yarımili çoxsaylı oxucu kütləsi və unikal IP ünvanlarının ziyarəti ilə yüksək göstəricilərlə başa vurmuşdur. Qeyd edək ki, Azərbaycanda və dünyada yalnız ən mühüm xəbərlərə toxunaraq Azərbaycan xalqının və dövlətimizin maraqlarından çıxış edən Fedai.az nəşri şou-biznes, kriminal və bu kimi məişət problemlərini işıqlandırmaqdansa, Xalq-Dövlət birliyinin nümunəsi kimi vətənpərvərlik, qanunvericilik, hərb tarixi və vətən müharibəsi iştirakçılarımızın hüququları və problemlərini işıqlandırmaqla yanaşı, həm də Ermənistanın ölkəmzə qarşı apardığı informasiya müharibəsinə sinə gərir. Dəfələrlə ermənilər tərəfindən DDOS hücumlara məruz qalan saytımız, bloklanan facebook səhifələrimizi öz gücümüz hesabına bərpa edib saytın yaşamasına nail olmuşuq. Məqsədimiz həqiqi hərbi-vətənpərvərliyin təbliği və saxta qəhrəmanlara qarşı mübarizədir. Eləcə də bu ali məqsədimiz həm də adsız qəhrəmanlarımızı xalqımıza təqdim etmək və düşmənin sifarişiylə ötürülən saxta tabuları və qərəzli mövqeləri ifşa etməkdən ibarətdir. Devizimiz 1994-cü ildən: «HƏR YER QARABAĞ, HƏR GÜN QARABAĞ, HƏR KƏS QARABAĞ!» şüarıdır. Missiyamız xalqımızın «düşmənə qarşı düşmən kimi» mübarizəsinin təşkilidir. Qələmimizin müqəddəs vəzifəsi Vətənimizə, onun əbədi var oluşuna vicdanla xidmət etməkdir. Oxucu sayının günbəgün artmasından məmnunuq. Bizimlə olanlar bizimlə gəlsinlər…

Qısa vaxt ərzində dəfələrlə düşmənin müxtəlif hücumlarına məruz qalmamız düz yolda olduğumuzu göstərir. Sayta birbaşa hücumlara gücləri çatmayanda, facebook-a paylaşımlarımızı əngəlləmək üçün bu cür şikayətlər göndərilməsini xəbər vermişdik: «Manè Stepanyan Շատ Վարակված Կայք Ջնջեք, Խնդրում Եմ, Այս Կայքը, Facebook-Ից Մեր Ազգի, Մենք Դնում — Tərcüməsi: o mətnlərlə eynidir.


Քնար ՂուկասյանՇատ Վարակված Կայք Ջնջեք, Խնդրում Եմ, Այս Կայքը, Facebook-Ից Մեր Ազգի, Մենք Դնում- Tərcüməsi: «Çox viruslu bir Saytdır, lütfən bu saytı Facebookdan qaldırın. Bizim millətimizi də təhqir edir». tipli şikayətlər standart olaraq eyni zamanda dünyanın müxtəlif məntəqələrindən göndərilir. Sonuncu dəfə Fedai.az-ı açdırmağa nail olsaq da Veteran.az-ın facebook-a girişi hələ də bağlıdır. Sirr deyil ki, DDOS hücumlardan qorunmaq üçün əlavə filtrlər almaq, güclü serverə sahib olmaq və gündəlik «bekap» nüsxələmək böyük vəsait tələb edir və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidməti maliyyə sıxıntısına baxmayaraq, bu işin öhdəsindən gəlməyə çalışır və oxucularımızın informasiya təhlükəsizliyini təmin edir.

Fedai.az saytını yuxarıdakı infoqrafikasından da göründüyü kimi dünyanın əksər ölkələrində yaşayan soydaşlarımızla yanaşı, rusdilii və türkdilli oxucular da maraqla oxuyurlar. Müvafiq rubrikalarda yayımlanan maraqlı müəllif yazıları, Fedai.az Araşdırma Qrupu tərəfindən tarixi faktlar əsasında hazırlanan analitik materiallar, məzmunca erməni vəhşiliyini, vandalizmi və həyasızlığını əks etdirən rusdilli və türkdilli yazıları oxucular böyük maraqla qarşılayıblar. Beləliklə, Fedai.az saytını ən çox ziyarət edən 5 ölkənin oxucu statistikasını oxucularımızın diqqətinə çatdırırıq.

Fedai.az saytını oxuyan Top 5 ölkə

Bu ölkələrdən savayı da, Fedai.az saytını gündəlik ziyarət edən oxucu statistikası ilə aşağıdakı infoqrafikadan tanış ola bilərsiniz. İnfoqrafikanı diqqətinizə çatdırırıq:

Sonda isə oxucularımızı yanvar ayından indiyədək Fedai.az qəzetini ziyarət edən oxucu sayı ilə tanış etmək istəyirik. Müqayisə üçün qeyd edək ki, yanvar ayında saytımıza daxil olan oxucu sayı 34524 nəfər təşkil edirdisə, iyul ayında bu rəqəm 195975 nəfər təşkil etmişdir. Bu isə 161451 yeni oxucu deməkdir. Fürsətdən istifadə edərək reklam verənləri saytımızla əməkşdalığa dəvət edirik. Qeyd edək ki, Fedai.az oxucularının say dinamikası yalnız unikal IP ziyarətçilərlə hesablanır. Fedai.az bəzi saytlar kimi kənardan ziyarətçi və hit sayı almır və baxış sayını süni surətdə artırmır.

Hazırladı: Nurlan Məmmədli

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: