Sel yatar, düşmən yatmaz!

Abbas Hüseynov
AVMVİB sədrinin müavin
i

Dünyada o millətlər və xalqlar məğlub olurlar ki, onlarda vətənpərvərlik hissi olmur. Bu hissi nə düşmənin qələbəsi, nə işgəncələr, nə də ki, ərazilərin işğalı unutdurur.

Bu hiss həmin millətlərdə, həmin xalqlarda ölənə qədər davam edir. Tarix təkrarlanmağı, təkrarlandıqca isə maariflənməyi, nəticə çıxarmağı bizə tövsiyə edir. Ona görə də deyirlər ki, keçmişə daş atanı, gələcək topa tutar.

Azərbaycan xalqında vətənpərvərlik hissi, düşmənə qarşı mübarizə aparmaq, qalib gəlmək əzmi həmişə olmuşdur. Buna baxmayaraq, öz içəriimizdə olan bəzi kolon mənsubları, bu hissi öldürmək üçün hər vasitədən istifadə etməyə çalışmışlar.

1988-ci ilin fevral ayında Ağdam şəhərinin mərkəzinə təxminən 10 minlərlə adam yığışmışdı. Onlar ermənilərin Xankəndində DQMV-nin Ermənistana birləşdirilməsi ilə əlaqədar keçirilən mitinqə, öz etirazlarını bildirərmək üçün yığışmışdırlar. Ağdam şəhərinə həmin vaxtları ətraf rayonlardan, Yevlax, Bərdə, Ağcəbədi, hətta Gəncə şəhərindən insanlarmız avtobuslarla dəstə-dəstə gəlirdilər. Onlar «Qarabağ» deyərək, hayqırırdılar. Həmin hadisələrlə bağlı Azərbaycan MK-nin 1-ci katibi Kamran Bağırov, MK-nin katibi Həsən Həsənov, Telman Orucov, Aydın Məmmədov və digərləri də Xankəndində idilər.

Xalq Ağdamda keçirilən mitinqə, Xankəndinə getmiş rəhbərləri dəvət edirdilər. Lakin, o vaxtlarda xalqın qabağına çıxa biləcək bir şəxs olmadı.1988-ci il fevral ayının 21-də Əfqanıstan müharibəsinin iştirakçısı Eldar Səmədov insanların qabağına çıxaraq, səhər, yəni, 22 fevralda hamının Xankəndinə getmək üçün meydana toplaşmağa çağırdı. 22 fevral 1988-ci ildə minlərlə insanımız Xankəndinə doğru yürüşə başladı.

Onlar Xankəndinə doğru 11 km yol qət etdilər. Bu zaman insanların qabağına Xankəndində yerləşən 366-cı alayın rəhbərliyi çıxıb SSRİ Müdafiə Nazirliyindən əmr göstərdilər ki, Xankəndinə tərəf yürüş olsa, onda insanlara güllə atılacaqdır.

Həmin vaxtları 1500 nəfərə qədər şəxs çaydan keçərək Əsgərana tərəf hərəkət etdilər. Orada isə ermənilər silahsız insanları gülləyə tütdular. Nəticədə 55 nəfər yaralandı, iki nəfər Əli Kamal oğlu Hacıyev və Bəxtiyar Zahid oğlu Quliyev aldıqları güllə yarasından, Əli hadisə yerində, Bəxtiyar isə Ağdam rayon xəstəxanasında şəhid oldular. Düşmənə qarşı deyil, bu yürüş iştirakçılarına qarşı cinayət işləri, rüşvət alma və s. neqativ hadisələr həyata keçirildi. Məqsəd xalqı Qarabağ problemindən uzaqlaşdırmaq idi və sifarişçi məlum idi.

Bəli, bu o, 366-cı alay idi ki, «Xocalıda» insanlarmızı məhv etdi. Həmin alayın Xankəndindən çıxarılması ilə əlaqədar Azərbaycanda o vaxtları hakimiyyətdə olanlar heç bir iş görmədilər. Həmin vaxtlar rəhbərlik öz yerində olsaydı, sonradan bizim başımıza bu müsibətlər gəlməzdi.

Son prosseslərdə də «Qarabağ», «Vətən» deyərək, küçələrə çıxan vətəndaşlarmızın qarşısına rəhbərlikdə olan şəxslərdən heç kim çıxmadı. Nəticədə insanlarmızın içərisinə soxulmuş rus başlar, erməni əsillilərin təxribatı nəticəsində «Xalq», «Millət» «Qarabağ» deyən insanlarmız təxribata çəkildi və onlar cəzalandırıldı.

Bütün bu hadisələr bizə onu göstərir ki, düşmən həmişə ayıqdır, həmişə çalışır ki, insanlarmız arasında «Qarabağ», «Torpaq» hissini, vətən təəssübkeşliyini öldürsün. Lakin, onlar yanılırlar, Azərbaycan xalqı heç bir vaxtı torpağının düşmən tapdağı altında qalması ilə barışmayacaqdır.

Mən buradan Azərbaycanda olan rus başlara, erməni əsillərə, Azərbaycanın sərvətlərini talan edən cinayətkarlara üzümü tutaraq, demək istəyirəm ki, bizi məğlub etmək mümkün deyil, biz onsuz da qalib gələcəyik. Biz buna köklənmişik və qalib gəlməyə məcburuq. Qalib gəldiyimiz təqdirdə sizlərin biz Azərbaycan xalqına qarşı törətdiyiniz, bütün cinayət faktlarına görə cavab verəcəksiniz.

Biz Prezidentimizə inanırıq, bilirik ki, tezliklə, möhtərəm Prezidentimiz içimizdə olan bu mənfur düşmənlərin iç üzünü açacaqdır.Daxilimizdəki xainlərin təmizlənməsi bu savaşın ilkin mərhələsidir.

Ayıq olmalıyıq. məkrli və çox ölkələrə köpəkliklik edən bir yığnaqla üzbəüzük. Hər kəs unutmamalıdır ki, bizim yanlışlar düşmənə əlavə şanslar verir. Yəni sel yatar, düşmən yatmaz.

Biz klounun 7 şərtinə ölkə rəhbərinin verdiyi tək bircə şərtin yerinə yetirilməsini beynəlxalq aləmdən istəmək limitimiz bitib. Heç bir ölkə işğal edilmiş ərazisinin azad eilməsini müzakirə mövzusuna çevirməz. Torpağımızı azad etmək təbii haqqımızdır və biz bunu etməliyik…

Bu xəbəri paylaşın: