Türk qırıcıları İrəvanın üzərindən uçub? — Ermənistan Müdafiə Nazirliyindən açıqlama

Ermənistan Respublikasının Müdafiə Nazirliyi hava hücumu məsafəsində İrəvana yaxınlaşan Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcıları barədə mediada yayılan məlumatları təkzib edir.

KONKRET.az xəbər verir ki, “Armenpress”lə söhbətdə yayılan məlumatlar Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan tərəfindən təkzib edilib.

“Bu məlumat həqiqətə uyğun deyil” deyib Stepanyan.

Avia.pro portalı ən azı iki Türk hərbi təyyarəsinin İrəvan istiqamətində uçduğunu və Ermənistan paytaxtından 56 km məsafədə olduğunu bildirib.

Babək Göyüş

Bu xəbəri paylaşın: