Türkiyəli diplomatı qətlə yetirənlərdən ikisi edam olunacaq

İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Fedai.az-ın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.

O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb.Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən bir nəfəri 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Kösə və 2 iraqlı həlak olub.(apa)

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •