Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya lideri Fayez Sərracla 2019-cu ilin dekabrında həyata keçirdiyi görüşdən sonra dediyi “Bu hərbi və enerji saziri ilə Sevr müqaviləsinin üstündən xətt çəkdik” sözləri onun intiqam aldığını göstərir.
Fedai.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Fransanın nüfuzlu “Le Monde” qəzeti çıxış edib.
Qəzet Ərdoğanın Sevr müqaviləsinin (1920) intiqamını aldığını vurğulayıb.
Xəbərdə, həmçinin Aya Sofyanın məhz iyulun 24-də məscid kimi fəaliyyətə başlamasına da diqqət çəkilib.
“24 iyulda Lozanna müqaviləsinin 97-ci ildönümü oldu. Bu tarix təsadüfən seçilməmişdi”, — bildirilib.
Bu xəbəri paylaşın: