Qalib olmaq üçün təşnə olmaq imtahanı: Hər birinizə təşəkkürlər!

BİZƏ YAZIRLAR: İctimaiyyətimizə bəllidir ki, düz 8 aydan çoxdur  “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov ilə mənim (Qarabağ qəzetinin 15 illik işçisi Əntiqə Rəşid- red.) məhkəmə çəkişməm davam edirdi.  Dövlətimizin konstitusiya qanunlarına saymazyana yanaşan, qanunlarımızı “Qarabağ” qəzetinə başçılıq etdiyi 30 il müddətində heçə sayaraq, öz bildiyini edən baş redaktor 2019-cu il noyabr ayının 12-də səbr kasamı dolduracaq sonuncu damladan da istifadə etdi.

19 oktyabr Qarabağ adıyla çağrılmış mitinqdə dövlət nəzarətində olan sayt və qəzetlərin əməkdaşları ilə birgə  jurnalist fəaliyyətimə, hətta guya mənim sosial şəbəkədə “məmurların 90 % əclafdı” şərhimə (elə bir rəyim olmayıb-müəl.) görə, nəhayət “Qarabağımı-kəndimi istəyirəm” müraciəti ilə Ali Baş Komandana ünvanladığım videomüraciəti sosial şəbəkədən silməyimi tələb etdi, razılıq cavabı almadıqda   bütün quraşdırdığı bəhanələri  əsas gətirərərək, kollektivin iştirakı ilə protokol tərtib etdi. Məni nümayişkaranə şəkildə, təhqiredici formada işimdən-çörəyimdən etdi!

Əsassız ittihamlarla “Qarabağ”dakı fəaliyyətimə son qoyulması ilə razılaşmadım. Təbi ki, hüquqi müstəvidə  haqqımı müdafiə etmək məcburiyyətində qaldım. Atamın-qardaşımın həyatda olmamasından, həyat yoldaşımın isə Qarabağ müharibəsi əlili olmasından elə anladı ki, meydanda tək qalacağam. İlk addım olaraq mənə yardımçı olmağı xalqımızdan istədim. Elə həmin gün ictimaiyyətə daha acı bir məlumat aydın oldu: Sosial şəbəkədə ictimaiyyətə müraciətimin rey bölümlərin baş redaktorun anasının erməni millətindən olmasına, babası 1930-cu illərdə Ağdam MTS direktoru olmuş Qriqoryan  (Ağdam “NKVD”-sinin (indiki  daxili işlər şöbəsi) rəisi vəzifəsinə təyin edilmiş erməni mənşəli Mixail Camqarovla birləşərək “NKVD” rəisinin təhriki ilə yüzlərcə vəzifə sahibi, ziyalılar, əsilzadə bəy nəslindən olanları “troyka”nın qərarı ilə güllələtmiş, ya da  sürgünə göndərtmiş (Tanınmış yazarlar Surxay Əlibəylinin və Vüqar Tofiqlinin araşdırmalarından) qatı erməni millətçisi olduğuna dair ciddi ittihamlar səsləndirildi. Erməniəsilli birinin ermənilərlə informasiya müharibəsində Azərbaycan Dövlətinin strateji silahı hesab olunan  “Qarabağ” adlı qəzetdə 30 ildir baş redaktor işləməsi  ictimaiyyətdə şok effekti yaratdı.

Tanınmış jurnalist Rumiyyə Miraslanın “Ayna” qəzetində Ç. İsmayılovdan açıqlama aldığı ”Anaların milliyəti olmur” məqaləsindən sonra digər həmkarlarımda bu mövzunun geniş işıqlandırılmasına yardımçı oldular. Eləcə də Qarabağ müharibəsi əlili, peşəkar jurnalist Xaqani Ədəboğlu da bu məsələyə laqeyd qalmadı. Mövzunun geniş oxucu kütləsində müzakirə olunmasına, düzün əyridən seçilməsinə, bütün həqiqətləri çılpaq şəkildə göstərilməsinə xidmət edərək , təkzibolunmaz faktlarla zəngin olan məqalələrlə çıxış etdi. Xaqani müəllimin məqalələri 67 min üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətbu orqanlarında: Fedai.az və Veteran.az saytlarında dərc olundu.

Məsələnin kökünü tam bilməyən ictimaiyyət bu məqalələr sayəsində məlumatlandırıldı. Peşəkar jurnalist dəfələrlə Yasamal məhkəməsində prosesləri izləmək məqsədi ilə bir qrup Qarabağ əlili və veteranla orada oldu.  Hər dəfə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 67 min üzvünün , həmcinin (AVMVİB) sədri Füzuli  Rzaquliyevin mənim haqq işimi müdafiə edəcəyini əminliklə söylədi.

 Nəhayət 30 iyul 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsi mənim haqlı olduğumu rəsmi sənədlərlə təsdiq etdi. Bunu qələbə bilən dostlarım çox sevindilər və təbii ki məndə.

 Amma bu sevinci bizə yaşatmaq üçün xeyli  vətənpərvər insan, eləcə də erməni yurd-yuvasını dağıtmış əzizini öldürmüş soydaşım  birləşdi, birlik oldu, baş redaktorun havadarlarına, müdafiəçilərinə tutarlı çavablar verdilər! Mənə dəstək olan, atamın, qardaşımın yoxluğunu hiss etdirməyən dəyərli insanların hamısına tək-tək təşəkkür edirəm!

Sosial şəbəkələrdə müdafiəçim olan, başqa sözlə desək, haqqı tələb edən dostlarıma, məhkəmə proseslərini  videoçəkilişləri vasitəsilə ictimaiyyətə çatdıran, eyni zamanda vətəndaş olaraq da münasibətini ortaya qoyan, həmçinin adı keçən mövzuda məqalələri sayt və qəzetlərində işıqlandıran, duruma etirazını bildirən  bütün həmkarlarıma,  o cümlədən Fedai.az, Veteran.az saytlarının baş redaktoru Xəqani Ədəboğluna, redaktor Elnur Səlimə, AVMVİB sədri Füzuli Rzaquliyevə, sədr müavinləri Abbas Hüseynli, Vahid Abdurəhmanov, Yasamal şöbəsinin sədri Salman Hüseynova və onların simasında birliyin 67 min üzvünə öz təşəkkürümü bildirirəm! Bu olaydan sonra bir daha anladım ki, biz xalq olaraq Qarabağa təşnəyik, qələbəyə təşnəyik, haqqa təşnəyik! Məhz bu təşnəlik bizi doğma yurdumuza dönmək, zəfər bayrağını Şuşa qalasına  sancmaq arzumuzu söndürməyib!

Allah sizləri heç vaxt qardaş, əqidədaş, vətəndaş. soydaş olaraq əskik etməsin! İnşallah böyük qələbənin də sevincini yaşayarıq! O gün uzaqda deyil!

 Hər birinizə hörmət və ehtiramla Əntiqə Rəşid

Bu xəbəri paylaşın: