Laplas “dolması” və ya ehtimal nəzəriyyəsi…

Pis insan yoxdur, kimsə kimlər üçünsə pis ,kimlər üçünsə yaxşı ola bilər.

Fərqliliyinə görə, mübahisələrə səbəb olan bərabərlik anlayışında da yetkin fikrə gəlmək həmişə çətin olur. Yaşanan ömür, yaxşı və ya pis işlərin, mövqelərin, təsəvvürlərin əhatəsindən qurtula bilmədiyi üçün, həyat da onlara nəzərən “inkişaf” edib davam edir. Hər kəsin öz fikri, öz mövqeyi, öz həqiqəti var…

Ümumilik isə yalnız məqsəd birliyini əks etdirərək “mənfəət” istiqamətini müəyyən edən yoldur. Bu yoldan götürülən mənfəət, bu yolu gedənlər arasında bərabər bölünməsə də, yolun bərabər olaraq birlikdə gedilməsi danılmaz olaraq qalır.
Sanki həyat etimallar üzərində qurulmuş real hərəkətdir. Bəzən zəhmətinin bəhrəsini yox, etimalları “yediyinə” görə, bildirilən narazıçılıqlar da səmərəsiz olur.

Axı nə üçün deyərək verilən sualın, həqiqətə nə qədər yaxın olduğu, yalnız sual verənə məlum olduğundan, cavab da ona uyğun olaraq cavab verənə məlumdur.

Şəxsi həqiqətlər, düşüncələr, ümidlər çərçivəsində qurulması arzulanan insan həyatında olan istəklərin eyniliyindən, arzuların bərabərliyi etımalı yaranır. Hər kəs ətrafı fərqli baxışlarla seyr edərkən, könüllərdə eyni arzu və eyni istəklərlə yaşayır.

Zəhməti hesabına qazancına sahib olanın, kiminsə hesabına qazanca sahib olanlardan fərqi, keçdikləri yolların müxtəlifliyi ilə seçilsə də, nəticədə hər ikisi eyni nöqtədə bərabərləşırlər…

Bunun əksini isbat etmək, Novruzəliyə poçt qutusuna olan münasibətini və yaxud bizim dünya görüşümüzdə, «kor tutduğunu buraxmır» anlayışını dəyişmək kimi bir işdir.

Kimlərsə kələm yeyir, kimlərsə də ət. Nəticədə hamımız dolma yeyirik…

Şamil Novruzov
Müharibə veteranı
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •