Gerasimov Qafqaza gəldi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xüsusi inspeksiya təlimlərini izləmək üçün Cənub Hərbi Dairəsinə gəlib.

Fedai.az Axar.az -a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, general Cənub Hərbi Dairəsinin poliqonlarındakı bölmələrin praktik fəaliyyətini yoxlayıb.

Nazirlik Cənub Hərbi Dairəsindəki xüsusi təlimlərin “Qafqaz-2020” strateji komando-qərargah təliminə hazırlığın yoxlanılması mərhələsi olduğunu bildirib.

Qeyd edək ki, Cənub Hərbi Dairəsinə Şimali Qafqaz, Rusiyanın Cənubi Qafqazdakı bazaları, Krım, Qara dəniz donanması, Xəzər donanması daxildir.

Digər bir xəbərə görə, Rusiyanın Krasnodar vilayətində L-39 təlim təyyarəsi qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qəzadan öncə hər iki pilot uğurlu katapult edərək sağ qalmağı bacarıb, xəsarət almayıblar.

Bildirilib ki, təyyarə insanların olmadığı əraziyə düşüb və yerdə hər hansı dağıntıya səbəb olmayıb.

Bu xəbəri paylaşın: