Biz Livana heç bir yardım etməməliyik!

Yazmışdıq və bir daha yazırıq. Livan bölgənin və dünyanın ən qatı anti türk bir dövlətidir. Erməni genosid ideyasının yarandığı, erməni lobbisinin ən fəal olduğu, parlamentində təmsil olunduğu və siyasi olimpinə çıxdığı bu ölkə Azərbaycana qarşı ərəb-PKK-çı-fələstin-erməni terrorçularından ibarət qrup göndərən bir ölkədir və bunu heç zaman gizlətmir.

Livan Azərbaycana, daim terror və terrorçu ixrac edib. Onun bu fəaliyyəti sayəsində ölkəmizin yüzlərlə kənd və qəsəbəsi xarabazara çevrilib, birgəlikdə götürüldükdə Beyrut boyda şəhərlərimiz dağıdılıb və yer üzündən silinib. Bu şəhərlərdə təxminlərə görə, Xocalı- 8000 nəfər, Şuşa 28 min nəfər, Laçın 25 min nəfər, Qubadlı 14 min nəfər, Zəngilan 19 min nəfər, Füzuli 29 min nəfər, Ağdam 32 min nəfər, Cəbrayıl 23 min nəfər, Kəlbəcər 18 min nəfər yaşayırdı və bu gün bu şəhərlər yer üzündən silinib. Nəticədə 650 min nəfər evsiz qalıb. Təkcə Xocalıda ən azı 2000 (613 yanlış rəqəmdi-red.) nəfər şəhid edilib. Ümumən 11 min nəfərdən artıq insan şəhid edilib, 12 mindən çox insanımız xəsarət alaraq əlil olub və 3700 nəfər itkin düşüb. Beyrutda 361 min nəfər (2012-ci il) yaşayırdı. Təxminlərə görə 200 min nəfər evsiz qalıb, 151 nəfər ölüb, 5000 nəfərdən artıq adam yaralanıb, 150 nəfər itkin düşüb. Azərbaycanın Baş Naziri Əli Əsədovun Livana 1 milyonluq yardımına öz etirazımızı bildirmişdik və bir daha bildiririk. Bəzi saytlar isə bu addımın humanizm və siyasi anlamını anlatmaq «qayəli» antimilli yazılar yayınladı. Özü də xalqı avam yerinə qoymaqla, strateq saytı yayınladığı yazıda Livanın erməni prezidenti olmamasını inkar edir.  Erməni Kamil Nimr Şamun – 1952-ci ildən 1958-ci ilə qədər Livan prezidenti olub. Bəs 1976-1982-ci illər prezident olmuş Sərkis İlyas kim idi? Yaxud da 1998-2007-ci illər prezident olmuş Emil Laxud kim idi? Ermənilərin az saylı parlamentdəki 22 deputatı necə, bəlkə bu tip təbliğatçıların qohumlarıdır?

Yeni hökumətin tərkibində ilk dəfədir ki, erməni qadın nazir də var – Vardine Ohanyan gənclər və idman naziri seçilib. Vardine Ohanyanın namizədliyi ötən əsrin əvvəllərində Azərbaycanda və Türkiyə ərazisində, türk, kürd, talış, tat və ləzgilərə qarşı soyqırımı törətmiş “Daşnaksütun” partiyası tərəfindən isrəli sürülüb.

Livanda dərc olunan “Azdak” qəzetinin baş redaktoru Şaan Qantaryanın  “Armenpress” agentliyinə müsahibəsində deyilir: “İlk dəfədir ki, Livan hökumətinin tərkibində erməni qadın nazir var. Bu dəfə Livan hökumətində qadın nazirlərin sayı çoxdur. Bizim 6 qadın nazirimiz var”. Bundan əvvəlki hökumətin də heyətində erməni nazir olub – Avetis Kaydanyan  Livanın turizm naziri idi. Nazir Kaydanyan ona verilən “Türkiyəli turistləri Livana gəlməyə təşviq edirsinizmi?” sualının cavabında demişdi: “Türkiyə ilə uzaq-yaxın heç bir şeyi təşviq eləmirəm. Onların istehsal etdikləri heç nəyi tövsiyə eləmirəm və onlarla hər hansı bir əlaqənin yaradılmasını istəmirəm. Livan hökmətində nazir olduğum üçün bu şəxsi fikirlərimi söyləməyə icazə vermirlər. Buna rəğmən, nəyə inanıramsa, onu da deyirəm. Türkiyə xalqının Livana gəlişinin qarşısını ala bilməsəm də, onları hava limanında qarşılamaq istəmirəm”.

Belələrinə, yəni Livanpərəstlik edənlərə sadəcə deməyə dilimizdə söz tapmıram. Yardımsevər olublar, 4 yanlarında koronavirus pandemiyasından əziyyət çəkən milyonlarla insanımızı görməyən bu soysuzların kolonu bəllidir.

Partlayış Beyrutun erməni məhəlləsi yaxınlığında baş verməsini nəzərə alsaq, biz bu terror yuvasına yardım etməməliydik! Millətə xidmət etməyən siyasətin yozumu yoxdur. Dövlətin və milli maraqların xeyrinə olmayan siyasətdən çəkinmək vacib idi. Yuxarıda sadaladığımız itkiləri müqayisə edin. Livandakı partlayışın bizə bir dəxli yoxdur, amma Qarabağın viran edilməsində Livanın aşkar izləri var. Livanlı Ter Petrosyandan tutmuş Monte Melkonyanadək Beyrutun bizə qarşı göndərdiyi «yardımlardır». Anlamaq çətindirsə, davam edək…

Monte Melkonyan 1980-ci ildə ASALA-ya üzv olmuşdur. Sonradan ASALA-nın rəhbərlərindən birinə çevrilən Monte ASALA-P adlı müstəqil terror təşkilatını yaratmış və dəfələrlə türk diplomatlarına və müxtəlif dövlətlərin vətəndaşlarına qarşı qətllər və partlayışlar həyata keçirmişdir. Roma, Afina və digər şəhərlərdə keçirilən əməliyyatlarda fəal iştirak etmişdir. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin binasının tutulması əməliyyatının planlanması və həyata keçirilməsinə yardım etdiyi üçün həbs edilmiş, lakin həmin il azadlığa buraxılmışdır.

1985-ci ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına məhkum edilmiş, 1989-cu ildən həbsdən azad edilmişdir. 1990-cı ildə Ermənistana gəlmiş və təntənə ilə qarşılanmışdır. Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birliklərindən birinə komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə qarşı qəddarlığı ilə fərqlənən M. Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş, ölkənin müxtəlif şəhərlərində onun abidələri qoyulmuş, təhsil müəssisələrinə adı verilmişdir.

Vazgen Sislyan — 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı “Van əməliyyatı” adlı terror aktının təşkilatçısı, Budapeştdə 60 nəfəri girov götürməsi və Türkiyə səfiri Bədrəddin Günabaşaya qəsd planında iştirak etməsi ilə tanınmışdır. Tezliklə o həbs olunmuş, lakin 1986-cı ildə onunla hücumda iştirak edən digər 2 erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan ilə birlikdə həbsdən azad olunmuşdur. Hər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçmüşdür. Bu barədə 15 mart 1992-ci il tarixli “Moskovskiye novosti” qəzetində müxbir İosif Verdiyan öz həmsöhbətinin – iki il bundan öncə “turist” kimi Livandan gəldiyi fikrini nümunə gətirir. Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində vuruşmuşlar. Gevorq Gözəlyan “Metsn Murad” dəstəsinin komandiri olmuşdur. Vazgen Sislyan “Qarabağ müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür. Hazırda Vazgen Sislyan və Akop Culfayan keçmiş ASALA terrorçularından ibarət “Uxt Ararati” təşkilatının üzvüdürlər.

WikiLeaksin narko-ticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.

Ermənistanın terror əməlləri bununla bitmir. Bildiyimiz kimi, dünyada əsas terror təşkilatlarından biri sayılan və Türkiyə əhalisini və dövlətçilik maraqlarını özünə başlıca hədəf seçən PKK terror təşkilatı ilə Ermənistan xüsusi xidmət orqanlarının isti münasibətlərin mövcudluğu çoxdan təsdiqlənib. Kürd separatçıları ilə erməni separatçıların iş birliyi PKK-ASALA, PKK-Daşnaksütyun, PKK-Ermənistan kimi xarakterizə edilməlidir. 1980-ci illərin sonu,1990-cı illərin əvvəllərində ASALA terror təşkilatının başda Akop Akopyan olmaqla əsas üzvləri Türkiyə xüsusi xidmət orqanları əməkdaşları tərəfindən məhv edildikdən sonra, bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərir və əsasən PKK-nın tərkibində iştirak edir. Bunu Türkiyə rəsmiləri də dəfələrlə təsdiqləmişdir ki, öldürülən PKK-çıların arasında xeyli sünnətsiz terrorçular vardır. Türkiyə hərbi kəşfiyyatı da müəyyən etmişdir ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzlərindən birinə çevrilib. PKK ilə Ermənistan arasında gizli müqavilələr mövcuddur. Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə müəyyən sayda viza haqqı verib. Yəni terrorçular hər ay ayrılmış viza sayına uyğun olaraq pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin Ermənistan PKK-ya silah, pul və digər yardımlar edir. Yaralanan və xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur. Göründüyü kimi, ermənilər ideoloji ortaq nöqtələri bir o qədər uzlaşmayan, əksinə, bir çox məsələlərdə onlara qarşı hədəfləri ilə seçilən PKK-ilə də dialoqa getməyə hazırdırlar və bunu həyata keçirirlər (çünki PKK və erməni terror təşkilatları Türkiyə ərazisinin qərb hissəsində özlərinə aid dövlət qurmaq istəyirlər. PKK Kürdüstan, ASALA və Daşnaksütyun isə böyük Ermənistan qurmaq planlaşdırır. Burada maraqlar toqquşsa da Ermənistan PKK-nın bu sahədə neytrallaşdırmağı hələ ki bacarmışdır).

Məşhur terrorçu, Daşnaksütyun partiyasının «Dro» terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur. 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

6 iyul 1987-ci il. «ВВС» informasiya agentliyinin məlumatında deyilir ki, Fələstin Xalq Azadlıq Cəbhəsinin lideri Jorj Xabaş öz adamlarma ASALA-nın və PKK-nm həyata keçirdiyi əməliyyatlarda iştirak etməyi əmr etmiş və onları ifrat irqçi, ifrat millətçi, ifrat faşist təşkilatları kimi qiymətləndirmişdir. Elə həmin məlumatda deyilir ki, ASALA erməni terror təşkilatı narkotiklər alveri üzrə beynəlxalq tranzitlə əlaqədardır…

Sıravi üzvləri də yazsaq sizlərin oxuma probleminiz olar və bu terrorçular Beyrutun bizlərə göndərdiyi «yardımlar» idi. Fələstin və Livan bizim xalqın düşmənləri sırasında yer almalıdırlar. Onlara yardım deyil, sadəcə başsağlığı verməyə belə dəyməzlər. Sadəcə bunları deməklə ən azı özümüzə hörmət qoymağa çağırıram. Hazırda Beyrutdan Azərbaycanın işğal edilmiş ərazisi Qarabağa qanunsuz erməni köçünə Ermənistan yardım edir.

Hayastan Ümumerməni Fondunun icraçı direktoru Aykak Arşamyan deyib ki, Qarabağda yerləşmək istəyən Livan ermənilərinə yardım edəcəyik. “Əgər Livanda yaşayan həmvətənlərimizdən kimsə Qarabağda məskunlaşmaq istəsə, mən şəxsən bu məsələni həll edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, Hayastan Ümumerməni Fondu 1992-ci ildə Ermənistan prezidentinin əmri ilə yaradılıb. Bu fond Ermənistan və Qarabağın inkişafına yatırım etmək istəyən erməniləri birləşdirən yeganə təşkilatdır. Fond hər il telemarafon keçirir ki, burada toplanılan vəsaitin də Qarabağdakı separatçılara, eləcə də burada məskunlaşdırma işlərinə xərcləndiyi iddia edilir.

Sabah bu partlayışın ermənilər tərəfindən, məhz Beyrutdan erməniləri işğal ərazilərinə köçürüb, köçkün statusu almağa çalışsalar çaşmayın. Paskeviç dövründə ermənilər İrandan bizim ərazilərə könüllü köçmədiklərini görən Paskeviç, erməni Lazarevi köməyə çağırır. Ermənilərin yarısını pulla ələ alıb, digər yarısını isə ölüm qorxusuna məruz qoyaraq köçə razı salmışdılar. Bu gün də ermənilər Livandan ən azı 70 min erməni köçünü təşkil etməyə çalışmaqdadır…

Erməni terror təşkilatlarının əsas bazası Livandır.

ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişdir. 1980-ci ilin noyabrın 25-də Parisdə turist agentliyinin sahibləri milliyyətcə yəhudi olan Dyakovlar ailəsi 7.65 kalibrli tapança ilə güllələnmişdir. Eyni silah Parisdə 1980-ci il sentyabrın 26-da Türkiyə səfirliyinin mətbuat attaşesinin həyatına sui-qəsddə istifadə olunmuşdu. Aksiyaya görə məsuliyyəti ASALA öz üzrərinə götürüb. Dyakovlar ailəsinin qətli şahidlər tərəfindən » Şərq istiqaməti» kimi təsvir edildiyinə baxmayaraq, bu, ASALA-nın Fələstin təşkilatları ilə əməkdaşlığını sübut edən bariz misaldır. ASALA operativ hazırlıq, habelə infrastruktur quruculuğu və təlimlərlə məşğul olub. Bu terrorçu qurumun üzvləri Suriyada, Livanda və Cənubi Yəmən Respublikasında terrorçu hazırlamaq üçün düşərgələrdə təlim keçib, silah və saxta sənədlər alıblar.

«Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə Livanda yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.


«Erməni soyqırımı ədalət komandosları»: 1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb. Məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir. Fəaliyyət zonası Livan sayılır.


«Arostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir.


«Erməni gənclik hücum təşkilatı»: Mərkəzi Beyrutda yerləşir. Yayım orqanı «Zortanq» (Oyanış) qəzetidir. Əsasən Əlcəzair, İtaliya və Almaniyada təşkilatlanmışdır. Erməni qriqorian kilsəsi tərəfindən istiqamətləndirilir.


«Qartal təşkilatı»: 1981-ci ildə Fransada erməni gəncləri tərəfindən qurulmuşdur. Həbsdə olan ASALA-çıların buraxılması uğrunda mübarizə aparır. Livanda bölməsi var.


«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. Livanın Vekaa vadisində terror təlimlərində hazırlanan qrup sayılır.


«Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir. Beyrutda qərargahı var.


«Erməni azadlıq hərəkatı»(AOD): 1991-ci ildə Fransada yaradılmışdır. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. Livanda nümayəndəliyi var.

«Qurtuluş qaplanları» (Qarabağ Qurtuluş Qaplanları) 1991-ci ildə Qarabağda azərbaycanlıların yaşadıqları kəndlərə qarşı hücumlar təşkil etmiş, etnik təmizləmə əməliyyatlarında fəallıq göstərmişlər. Qrup Livanda yaradılıb və silahla təhciz edilib…

Soruşuruq: Bizim Livana yardım etməmizə bircə səbəb göstərin! O saxta humanizm nağıllarına ac-yalavac xalq artıq inanmır.

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Əli Nəsib Zərdabi

Dağlıq Qarabağ terrorçu — separatçı rejimi Livana yardım göndərib
Bu xəbəri paylaşın: