Eldar Həsənova qarşı ittiham irəli sürüldü

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri  Eldar Həsənova qarşı irəli sürülən ittiham məlum olub.

Fedai.az xəbər verir ki, bu barədə mediaya Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlama verib.

Vəkil bildirib ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətləribdən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1-ci (büdcə vəsaitlərini təyinatı üzrə xərcləməmə) maddələri ilə ittiham irəli sürülüb: «Eldar Həsənov məhkəmədə ittihamları qəbul etmədiyini bildirdi. Eldar Həsənov mətbuata açıqlama verilməməsini xahiş edib. Bildirdi ki, haqq-ədalət öz yerini tapacaq».

Bu xəbəri paylaşın: