AVMVİB-də yeni təyinat

AVMVİB sədri Füzuli Rzaquliyevin Əmriylə Mərdan Abbasəli oğlu Ələsgərov AVMVİB Binəqədi rayon şöbəsinin sədri təyin edilib.

AVMVİB sədri F. Rzaquliyev yeni təyin olunmuş sədrə uğurlar diləyərək, rayonda şöbənin fəaliyyətini gücləndirməyi və rayon veteranlarını təşkilat ətrafında birliyini təmin etməyi tövsiyyə edib.

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov ümidləri doğruldacağına və rayon veteranlarının bir araya gəlməsinə çalışacağını bildirdi.

Mərasimdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB — in fəxri üzvü İlqar Abbasov iştirak edirdilər.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •