Şəhid oğlu ölkə Prezidentinə müraciət etdi

Bərdə rayon 866 saylı qəsəbə bina 1, mənzil 34 ünvanında yaşayan Novruzov Kərim Əvəz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Mürraciətdə deyilir:

Cənab Prezident! 


Yazıb Sizə bildirirəm ki,866 saylı qəsəbədə MİS-nin rəisi Surxay Hüseynovun şəhid və veteranları təhqir etməsinə və məndən mənə verilmiş torpaq sahəsində tikinti işlərini aparmağım üçün rüşvət istəməsi barədə «Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının qanunun»tələblərinə əsasən bir vətəndaş kimi bizi narahat edən məsələ ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmişik. Qanuna uyğun olaraq bizim bu müraciətlərimizin araşdırılması üçün ərazi aidiyyatı üzrə Bərdə rayon PŞ-nə göndərilmişdir. Bununla əlaqədar olaraq 07.02.2020-ci il tarixdə Bərdə RPŞ-nin rəisi Muradəli Babayev bizi PŞ-nə çağırtdıraraq qəbul edən zaman, bizim qanuni müraciətimizin obyektiv araşdırılması üçün heç bir tədbir görməyərək, bizimlə çox kobud formada rəftar etdi və Konstitusiyanın 57-ci maddəsinin birinci hissəsini kobudcasına pozaraq, bir dövlət məmuruna yaraşmayan şəkildə,açıq formada bizi təhdid etmişdir.

Sanki polis rəisi deyil kriminal aləmin nümayəndəsi kimi danışdı. 


Məni hədələyərək bildirdi ki, əgər S. Hüseynov barədə şikayəti dayandırmasan səni işdən çıxatdıraram,məhkəməyə verərəm.Həmçinin müəyyən yollarla cinayət işi də açaram! 


 M. Babayevin bu təhdid və hədələrinə əsasən mən çox narahat oldum və buna inanıram ki,o vəzifəsindən və imkanlarında istifadə edərək mənə şər-böhtan atdıraraq ləkələyəcək və sağlamlığıma zərər yetirdəcək. Buna görə Sizə müraciət edərək, mənim təhlükəsizliyimin təmin edilməsi barədə göstərişlər verməyinizi xahiş edirəm. 


M. Babayev mənə deyir ki, şəhid ailəsisən gəl çıx boynuma!

Mən 14 ildir polis rəisi işləyirəm! Mənim qarşımda belə məğrur və qürurlu durmağa haqqın yoxdur və sən yəqin şagirdlərə də belə olmağı öyrədirsən?!? M. Babayevin yaşına, vəzifəsinə və dövlət məmuru adına yaraşmayan nalayiq hərəkətlərinə baxmayaraq, etik qaydalara hörmət edərək ancaq bunu dedim ki: «Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının dostu və təhlükəsizliyinin qarantıdır və bizə məğrur, qürurlu olmağı Ulu Öndərimiz öyrədib. Əsl vətəndaş dövlətinə və xalqına şərəflə xidmət etməlidir!»

AR prezidentinin , 1-ci vitse prezidentinin və Azərbaycan hökumətinin biz məcburi köçkünlər və şəhid ailələrinə çox həssaslıqla yanaşdığı , qayğı göstərdiyi bir ölkədə, bir dövlət məmurunun, polis rəisinin bizi açıq və saymazyana formada təhdid edərək, hədələməsi onun ölkə prezidenti tərəfindən ölkədə aparılan islahatlardan tamamilə xəbərsiz olduğunu və yaxud bu islahatlara qətiyyən məhəl qoymamasini göstərir.

Cənab Prezident İlham Əliyevin dəfələrlə dövlət məmurlarına ciddi xəbərdarlıq etməsi və onların özbaşınalıqları və qanunsuz hərəkətlərinə görə sərt şəkildə cəzalandirilacagi barədə dedikləri deyəsən Bərdə RPS- nin rəisinə hələ də çatmamışdır.

Biz məcburi kockunlər və şəhid ailələri inanırıq ki, Cənab prezident və onun komandası hər bir Azərbaycan vətəndaşının hüquq və qanuni mənafeylərinin qorunmasını hər zaman dövlətin prioritet məsələsi hesab edir. Odur ki, Sidən çox xahiş edirik, M. Babayevin qanunsuz hərəkətləri barədə qanuni ölçü götürülməsi barədə göstəriş verəsiniz. 


Əvvəlcədən sizə öz minnətdarlığımızı bildiririk.
İmza: Novruzov Kərim 

Əlaqə Telefonu: 051-953-01-50

P.S. İnanırıq ki, Daxili İşlər nazirliyində general polkovnik Vilayət Eyvazovun apardığı islahatlar bölgədəki bu olaya da öz təsirini göstərəcək. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  rəhbərliyinin də mövqeyi bizim üçün maraqlıdır. Çünki Ali Baş Komandan şəhid ailələrinə qayğı və diqqət göstərilməsini dəfələrlə məmurlara tapşırıb.

Qarşı tərəfin hadisəylə bağlı mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •