Rusiya Ermənistanın inkişafına maliyyə ayırdı

Rusiya Ermənistanın Kotayk və Geğarkunik əyalətlərinin inkişafı üçün Rusiya — BMT «İnam» fondu çərçivəsində 2,8 milyon ABŞ dolları ayırıb.

Fedai.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Stepanov bildirib.

«Üç illik müddətə nəzərdə tutulan layihə çərçivəsində turizmdən tutmuş kənd icmalarının inkişafınadək xeyli sahələr əhatə olunur”, — deyən rusiyalı diplomat bundan əvvəl Tavuş əyalətinin də inkişafına dair layihənin icrasını dəstəklədiklərini diqqətə çatdırıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •