ABŞ Avropanı Rusiyanın enerji asılılığından qurtarmaq üçün milyard dollar verəcək

Bu haqda ABŞ dövlət katibi bildirib və Qərbin üç rəqibinin adlarını sadalayıb – Rusiya, İran və Çin

Təhlükəsizlik və Əməkdaşlıq üzrə Münhen Konfransında iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, onun ölkəsi Şərqi və Mərkəzi Avropa ölkələrinin Rusiyanın qaz və neft təchizatından hədsiz asılılığını aradan qaldırmaq üçün 1 milyard dollar vəsait ayıracaq – Radio Free Europe xəbər verib.

Ümumilikdə bu vəsait 12 ölkəyə ünvanlanıb, Avstriya istisna olmaqla onların hamısı NATO üzvüdür.

“NATO Atlantikanın müxtəlif tərəflərində yerləşən 29 ölkədən ibarətdir. Biz ziddiyyətlərin öhdəsindən gəlməyi öyrənmişik. Mən ayrıca Avropa və ayrıca Birləşmiş Ştatlara inanmıram. Mən onların möhkəm ittifaqına inanıram, – konfransda NATO baş katibi Yens Stoltenberq deyib.

Bu vəsaitin köməyi ilə ölkələr enerji daşıyıcıları təchizatını şaxələndirə – yeni booru kəmərləri və liman terminalları inşa edə biləcəklər. 

İndi Rusiya Avropaya ən böyük qaz təchizatçısı və ən böyük neft təchizatçılarından biridir.

Pompeo hazırda demokratik ölkələrin təhlükəsizlik sahəsində rastlaşdıqları təhdidləri sadalayıb:

• Rusiyanın imperiya iddiaları,

• Çin tərəfindən iqtisadi şantaj,

• İranın təşkil etdiyi kiber hücumlar.|JAMnews|

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •