Bizə yazırlar…

Fedai.az «Şəhid oğlu ölkə Prezidentinə müraciət etdi» başlıqlı şikayət məktubunu dərc etmişdi. Şikayət məktubunda adı çəkilən 866 saylı qəsəbədə Mənzil İstismar Sahəsinin rəisi Surxay Hüseynov redaksiyaya zəng edərək məktubda verilən faktları təkziblədi və onun müraciətinə yer ayırmamızı xahiş etdi.


AVMVİB rəhbərinə ünvanlanan müraciətdə deyilir: «Sizin saytınızda 14 fevral 2020-ci il tarixdə Bərdə rayon 866 saylı qəsəbə bina 1, mənzil 34 ünvanında yaşayan Novruzov Kərim Əvəz oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciəti yayınlanıb.


Mən Bərdə rayon 866 saylı qəsəbədə MİS-nin rəisi Surxay Hüseynalı oğlu Hüseynov yazıb sizə bildirirəm ki, işlədiyim müddətdə Novruzov Kərim Əvəz oğlu adlı vətəndaş mənim yanıma gəlməmiş və torpaq sahəsi alması barədə heç bir müraciət etməmişdir. Mən onu görmədiyim və idarəyə gəlmədiyi halda ondan necə pul tələb edə bilərdim? Ancaq yanvar ayının 23-də sahə nəzarətçiləri ərazidə gəzərkən görüblər ki, Novruzov Kərim Əvəz oğlu yaşadığı binanın arxa hissəsində heç bir qanuni sənədi olmadan, əsassız tikinti işləri aparır. Sahə nəzarətçiləri ona tikintini dayandırmaq barədə xəbərdarlıq ediblər. Lakin o, Mənzil İstismar Sahəsinin işçilərini təhqir edərək, ona «heç kim heç nə deyə bilməz, onun tikintisini heç kim dayandıra bilməz» demişdir. Göründüyü kimi Novruzov Kərim Əvəz oğlu onun bütün qayğısını çəkən, onu mənzillə təmin edən, bütün ehtiyaclarının ödənməsini təmin edən Dövlətin qanunlarına hörmət etmir. Beləliklə, Novruzov Kərim Əvəz oğlu haqqımda yazdıqlarının hamısı şər-böhtandır. Mən bunları qətiyyətlə təkzib edirəm və onun bu hərəkətlərini müəllim adına ləkə hesab edirəm.


Onun Bərdə rayon Polis şöbəsinin rəisi Muradəli Babayev haqqında dedikləri də şər-böhtandır. Həmin qəbula mən də MİS rəisi kimi dəvət olunmuşdum. Rəis haqqında yazdıqları onun öz xəstə təxəyyülünün məhsuludur və bunu o qəbulda iştirak edən başqa insanlar da təsdiq edə bilərlər».


Redaksiyadan: Qarşı tərəfin cavab haqqına hörmətlə yanaşmaq bizim vəzifə borcumuzdur. Amerikalıların bir aforizmi var: «Prezident olsan da işıq pulunu verməlisən». Yəni qanun qarşısında hər kəs bərabərdir və qanun imtiyaz tanımır.


Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •