Separatçılar bizə növbəti dəfə yumruq göstərdi -31 mart – Soyqırım günü “seçki” keçirəcəklər…

Bu yumruqlara yenə populist çıxışlarla cavab verəcəyik, yoxsa kişi kimi son döyüşə atılacağıq?..

Azərbaycan Respublikasının ərazisinin 20 faizini təşkil edən işğal altındakı hüquqi-tarixi torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “mərkəzi seçki komissiyası” 2020-ci il martın 31-ə qeyri-qanuni “prezident və parlament”  “seçki”ləri  təyin edib(Saytımız Qarabağda “seçkilər”in məhz bu tarixdə keçirilməsi planı barədə hələ 2019-cu ilin sonunda məlumat verib. Bax:).


Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, qondarma rejimin “msk”sı bəhs olunan qərarı verdikdən sonra sosial şəbəkələrdə separatçıların Xankəndi-Şuşa yolundakı məşhur “baba-nənə” abidəsinin fonunda havaya qalxmış yumruqlarının təsvir edildiyi görüntülər yayılıb.


P.S. Çox güman ki, ermənilər torpaqlarımızdakı növbəti “seçki”lərini məhz 31 Mart- Azərbaycanlıların Soyqırımı gününə bilərəkdən təyin ediblər. Bütün hallarda bu da bizlərə bir mesaj olmalıdır… P.P.S. Gələcəyimizi də hədəf alan bu yumruqlara yenə arvad deyişməsi sayağı populist çıxışlarla cavab verəcəyik, yoxsa kişi kimi ayağa qalxıb son döyüşə atılacağıq?..

Sultan Laçın

Bu xəbəri paylaşın: