XOCALI: Biz niyə işğal haqqında Qanun qəbul etmirik?!

Abbas Hüseynli
AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini

Xocalı soyqırımı bəşəri bir cinayət olsa da, biz bu cinayət hadisəsini əfsuslar olsun ki, hələ də dünya xalqlarına çatdıra bilməmişik.

Bunun təqsiri nə Avropada, nə Amerikada, nə də bu soyqırımda fəal iştirak etmiş Rusiya dövlətində deyildir. Bunun təqsiri bizim özümüzdədir. Ona görə ki, hələ də bizim Milli Məclisimizdə Xocalı soyqırımı bir soyqırım kimi tanınmamış və bu bir qanun şəklini almamışdır. Qanun şəklini almadığına görə də biz dünya dövlətlərinin parlamentariyalarına bu soyqırımı tanımaları barədə lazımı müraciəti edə bilməmişik.

Ona görə ki, Xocalı soyqırımı məsələsi Milli Məclisin komissiyasında baxılmaqdan o tərəfə getməmişdir. Hətta görün nə gündəyik ki, Milli Məclisin gündəliyinə bir dəfə belə Qarabağ torpağının işğalı və bizim görə biləcəyimiz vəzifələr barədə mövzu salınmamışdır. Milli Məclisdə uzun müddət olan və artıq kiflənməkdə olan dirnaq arası deputatlardan soruşanda ki, niyə belə bir mühüm qanunu qəbul etməmisiniz, onda onlar bizi aldatmaq üçün bildirirlər ki,1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilmişdir. Bu yazıqlar hələdə başa düşə bilmirlər ki, hər-hansı bir məsələyə siyası və hüquqi qiymət vermək və ya bu barədə bəyanatlar vermək hələ həmin məsələni qanunləşdirmək deyildir.

Doğrudur Xocalıda baş vermiş ölüm faktları, xəsarətlər və işğalla bağlı cinayət işi qaldırılmış və istintaq hərəkətləri aparılmışdır. Lakin bir nəfər belə bu cinayətin subyekti kimi cinayət məsuliyyətinə cəlb edilərək haqlı cəzasını almamışdır.

«Soyqırımın qarşısının alınması və cəzalandırlması haqqında» 09 dekabr 1948-ci ildə BMT-ı Konvensiya qəbul edilmişdir. Bu kovensiya dünya dövlətləri tərəfindən öz parlamentlərində «Ratfikasiya» edilmişdir.» Həmin Konvensiyada qeyd edilmişdir ki, soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədiylə qrup üzvülərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə. Bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmədir. Bizim Milli Məclisimiz də bu konvensiyasını radifikasiya etmişdir.

Mən Xocalı şəhərində həmin vaxtları olan, orada olan milis qüvvələri və döyüşçülərlə sıx əlaqə saxlayan bir zabit kimi Sizə deyə bilərəm ki, Xocalıda yaşayan şəxslərin sayı heç də rəsmi sənədlərdə göstərilən qədər deyildir. Bundan qat-qat artıq idi. Ona görə ki, həmin vaxtı Xocalı şəhərinə Ahısqa türkləri, Qərbi Azərbaycandan köçkün düşmüş şəxslər köçüb gələrək həmin ərazidə çoxluq təşkil edirdilər. Çox təəssüf ki, biz ölən və əsir götürülən şəxslərin sayını belə dürüst deyə bilmirik. Bu da rəhbərldikdə olan şəxslərin yarıtmaz işlərinin nəticəsidir.

Bir məsələni də qeyd etməyi özümə borc bilirəm ki, bizim torpaqlarımızın 20 faizdən artığı erməni işğalçıları tərəfindən tutulmuşdur. Biz işğala məruz qalmış bir ölkəyik. Buna baxmayaraq Milli Məclisimizdə işğal faktı ilə bağlı qanun belə qəbul edilməmişdir. Mənə elə gəlir ki, Ermənistan dövləti bizim əraziləri işğal etməklə bərabər işğal qanunu belə qəbul etmişdir. Biz isə hələdə özümüzü elə aparırıq ki, güya biz ermənilərə qalib gəlmişik. Bildirmək istəyirəm ki, Gürcüstan və Ukrayna dövlətləri artıq işğal barədə qanunu qəbul etmişlər.

Hər bir cinayət hadisəsi o zaman açılmış hesab edilir ki, o cinayət hadisəsini törətmiş şəxslər ədalətli qaydada öz cəzalarını alırlar. Nə vaxta qədər dünya xalqlarına Xocalı soyqırımının dərslərini tam şəkildə göstərə bilməmişik, o vaxtadək Qarabağın azad edlməsi bizim üçün əlçatmaz olaraq qalacaqdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •