ERMƏNİSTAN ORDUSUNDA NƏLƏR BAŞ VERİR?

Son vaxtlar Ermənistan ordusunda baş vermiş çoxsaylı əsgər ölümləri ilə əlaqədar xalqın narazılığı artmaqdadır. Keçirilmış bir neçə etiraz aksiyalarında baş nazir N. Paşinyana qarşı hətta belə bir şüar da səsləndirilib ki, «ELƏ ETMƏ Kİ, BÜTÜN ƏSGƏR ANALARI TOPLANIB HÖKUMƏT EVİNƏ HÜCUM ETSİNLƏR!»

Baş nazir Paşinyan Münhen məğlubiyyətindən sonra Ermənistana qayidan kimi tədbirlər görmək qərarına gəldi və bütün hərbi rəhbərliyi toplayaraq müşavirə keçirdi.

На изображении может находиться: 2 человека, люди сидят, стол и в помещении

Erməni mətbuatının müşavirədə baş verənlər haqqında bu günkü məlumatına görə, hərbidə geniş islahatlar aparılması gözlənilir.

«JAMANAK» qəzeti yazır: «Baş nazir N. Paşinyan Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Artak Davityanla görüşərkən A. Davtyan istefa ərizəsi ilə ona müraciət edib, lakin Paşinyan onun ərizəsini qəbul etməyib. Buna baxmayaraq, yaxın vaxtlarda bu vəzifəyə başqa adamın təyin edilməsi istisna edilmir».

На изображении может находиться: 1 человек

«Hraparak» qəzeti isə yazır: «Dağlıq Qarabağın müdafiə naziri Karen Abrahamyan tutduğu vəzifəni tərk edəcək. Səbəb isə son zamanlar dinc şəraitdə cəbhə bölgəsində ölmüş əsgərlərin sayının kəskin surətdə artmasıdır. Mənbənin məlumatına görə o, azad olması haqqında hələ ki, ərizə verməyib, amma az öncə məlum olub ki, bu vəzifəyə artıq onun əvəzinə gətiriləcək adam da məlumdur. Bu, Qarabağ müdafiə ordusunun qərargah rəisi Calal Harurtyunyandır.»

На изображении может находиться: 4 человека, текст

Ermənistan Silahlı Qüvvələrində başqa vəzifəli şəxslərin də azad olunacağı barədə məlumatlar var.

İSMAYIL TANRIVERDİ
BDU, Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •