VƏTƏNİMİ, MİLLƏTİMİ SİZDƏN DƏ ÇOX SEVİRƏM

SSRİ maşını bütün mərd oğullarımızı məhv edirdi

Gizli istiqlal mətbəəsinin yaranmasında əsas rol oynayanlardan biri Ağasəlim Rəhimov olub.

Həyat yoldaşı Səfurə xanım bir gün yatmır, onu güdür qapıdan çıxan zaman onun qarşısını kəsir. Çünki bilirdi ki, o öz şəxsi mənafeyi naminə deyil, millət üçün hansısa təhlükəli bir işlin dalınca gedir. Yoldaşı ona deyir:

— Ağasəlim mən özüm yetim böyümüşəm, onun əzablarını bilirəm, istəmirəm ki. sənin uşaqların da yetim qalsın.

Cavab verir:
— Mən səni də sevirəm , övladlarımı da amma vətəni, millətimi sizdən də çox sevirəm. Millətimin azad olması üçün indi getməliyəm.

Gedir və çox uzun çəkmir. 1923-cü ilin oktyabrın 5-də həbs olunanlardan biri də o olur. Buzlu adalara 3 il sürgün olunsa da, bu 3 illər dəfələrələ artırılır./Difai təşkilatı/

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •