Ermənistanın baş naziri: Qarabağ əraziləri Azərbaycana təhvil verə və təhlükəsizliyini qurban edə bilməz

Qarabağ, dinc şəraitdə hərbçilərin ölümü və konstitusiya islahatı – Nikol Paşinyanın tele-müsahibəsi

Dağlıq Qarabağ əraziləri Azərbaycana təhvil verə və öz təhlükəsizliyini qurban edə bilməz. Bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 21-də Birinci kanala müsahibəsində bildirib.

Baş nazirin şərh etdiyi digər iki mövzu orduda dinc şəraitdə hərbçilərin həlak olması və iqtidar partiyasının təşəbbüsü ilə keçiriləcək konstitusiya dəyişikliyi üzrə referendumla bağlı olub.

Qarabağ haqda: “ərazi məsələsi yoxdur – təhlükəsizlik məsələsi var”

Müsahibə zamanı Nikol Paşinyan İlham Əliyevlə bu yaxınlarda baş tutan görüşü həlledici adlandırıb. Bu görüş fevralın 15-də Təhlükəsizlik üzrə Münhen Konfransı çərçivəsində baş tutub.

Paşinyan bəyan edib ki, hakimiyyətə gəldiyi məqamdan etibarən, yəni 2018-ci ilin mayından Azərbaycan dünyanı inandırmağa çalışır ki, Ermənistan Qarabağ üzrə destruktiv mövqe tutub. Bakı bunu bildirərək Paşinyanın Qarabağın danışıqlarda mütləq iştirak etməli olması ilə bağlı dəfələrlə səsləndirdiyi firkə istinad edir.

Azərbaycan hakimiyyəti bununla qətiyyən razı deyil.

“Bizim danışığımız [fevralın 15-də] çox aydın şəkildə göstərdi ki, Ermənistan Qarabağ məsələsində məhz konstruktiv mövqe tutur, Azərbaycanın mövqeyi isə destruktivdir, rasizmə gedib çatır”, – Ermənistanın baş naziri deyib.

Paşinyan onu da bildirib ki, Qarabağ ətrafındakı ərazilər yeni hərbi əməliyyatlara yol verilməməsi üçün saxlanılır.

“Müdafiə Ordusu [bu əraziləri] keyfi üçün nəzarətdə saxlamır, başqa bir imkan olmadığı üçün bunu edir. Əgər Azərbaycan və ya beynəlxalq aləm eyni dərəcədə effektiv təhlükəsizlik aləti təklif edə bilərsə, erməni xalqı bunu müzakirə etməyə hazırdır.

Biz deyirik ki, ərazi məsələsi yoxdur. Biz təhlükəsizlik məsələsi ətrafında danışıqlar aparmağa hazırıq”, – Ermənistanın baş naziri bildirib.

O, yenə də Qarabağ məsələsinin hərbi həllinin olmadığını təkrarlayıb, nizamlama ilə bağlı irəli sürülən istənilən təklif Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

Ermənistan Ordusunda ölümlərin səbəbi

Dinc şəraitdə həlak olan hərbçilərin sayının armasının səbəblərindən biri kimi Paşinyan orduda hökm sürən kriminal submədəniyyət haqda danışıb.

“Buna qarşı mübarizə mənim tapşırdığım kimi aparılmadığı üçün iki məsul şəxs tutduğu vəzifədən azad edilib”, – baş nazir deyib.

Bu mövzu cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir, çünki 2020-ci ilin ay yarımı ərzində artıq 13 nəfər həlak olub.

İstefalar haqda danışarkən Paşinyan Hərbi Polis İdarəsinin rəisi Artur Baqdasaryan və Hərbi Qüvvələrin Mənəvi-Psixoloji Təminatı İdarəsinin rəhbəri Aleksan Aleksanyanı nəzərdə tutub.

Fevralın 20-də hökumət binasının qarşısında hüquq müdafiəçiləri etiraz aksiyası keçirib. Onlar hesab edirlər ki, bu istefalar yalnız qısamüddətli effekt verə bilər.

Konstitusiya referendumu haqda

Ermənistanda aprelin 5-də baş tutacaq konstitusiya referendumu öncəsi təbliğat dövrü davam edir. Ölkə sakinləri Konstitusiya Məhkəməsinin keçmiş hakimiyyət dövründə vəzifəyə gələn altı hakimi və sədrinin səlahiyyətlərinin dayandırılması məsələsini həll edəcəklər.

Baş nazirin sözlərinə görə, onun komandasının təklif etdiyi model Konstitusiya Məhkəməsinin onun fikrincə zədələnmiş etibarının bərpa olunmasına kömək edəcək.

“Əvvəlki modeldə Konstitusiya Məhkəməsi üzvliyinə namizədləri Ermənistan prezidenti və ya Milli Məclisin sədri təklif edirdi, daha sonra isə onları parlament seçirdi. Yeni modelə əsasən, prezident, hökumət və Hakimlərin Ümumi Məclisi – hərəsi hakimliyə üç namizəd irəli sürəcək.

Bundan başqa, əgər daha əvvəl Konstitusiya Məhkəməsinin üzvləri ömürlük seçilirdilərsə, indi aydın şəkildə qeyd olunub ki, onların səlahiyyət dövrü 12 ildir və eyni şəxs bir dəfədən artıq  məhkəmə üzvü ola bilməyəcək”./JAMNEWS/

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •