Xocavənddə şəhid kəşfiyyatçıların xatirəsinə “Qəhrəmanlar parkı” salınıb

AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun verdiyi məlumata görə, 2017-ci ilin fevral ayının 25-də döyüş tapşırığını yerinə yetirərkən həlak olan Azərbaycan hərbçiləri mayor Aqşin Abdullayev, baş leytenant Şahlar Nəzərov, baş leytenat Tural Haşımlı, baş çavuş Zülfü Qədimov, əsgər Zakir Cəfərovun xatirəsinə Xocavənd rayonunda abidə ucaldılıb.

Açılış mərasimində Azərbaycan Ordusunun Birləşmə komandiri general-mayor Mayis Barxudarov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, sözügedən şəhidlərin valideynləri və ailə üzvləri, “N” saylı hərbi hissənin hərbi qulluqçuları, respublikanın müxtəlif yerlərindən gəlmiş keçmiş döyüşçülər, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Beyləqan rayonundan olan veteranlar və Xocavənd rayon ictimaiyyəti iştirak edib.

Tədbirə toplaşanlar əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətinin qarşısına gələrək ümummilli lider Heydər Əliyevin büstü önünə çiçəklər düzüb, sayğı duruşunda dayanıblar.

“Qəhrəmanlar parkı”nın açılış mərasimində Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Ordusunun Birləşmə komandiri general-mayor Mayis Barxudarov, şəhidlərin valideynləri və doğmaları çıxış ediblər. Daha sonra abidə kompleksinin qarşısında sözügedən şəhidlərin hər birinin adına bir ağac əkilib.

Tədbirin sonunda H. Əliyev Fondunun dəstəyi və milət vəkili Adil Əliyevin təşkilatçılığı ilə «Torpaq» sənədli filminin Xocavənd Mədəniyyət Evində nümayişi olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Fedai.az

На изображении может находиться: 5 человек, люди стоят, толпа и на улице
На изображении может находиться: 7 человек, толпа и на улице
На изображении может находиться: один или несколько человек, люди стоят, толпа, дерево и на улице
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •