Hər 100 ildə bir dəfə Yerə Böyük Xəstəliklər yayılır. Təsadüfmü?

Bunun arxasında kim durur?

Hər 100 ildən bir planetdə bir vəba xəstəliyi alovlandığına dair bir nəzəriyyə var. Bunun bir təsadüf olduğunu söyləmək olar, lakin xronoloji dəqiqliyi narahatlıq yaradır.

1720-ci ildə vəba, 1820-ci ildə — yatalaq, 1920-ci ildə — İspan qripi.

Bir çox tədqiqatçı indiki koronavirus epidemiyasının ötən əsrlərdəki hadisələrə bənzədiyini söyləyir.

Məntiqi bir sual yaranır: bu pandemiklər hansısa dəhşətli bir qüvvə tərəfindən süni şəkildə təşkil edilirsə nə etməliyik? Bəlkə gizli bir təşkilat bu işlə məşğuldur?

1720 il: Avropanı Marsel vəbası adı verilən bubonik vəba epidemiyası bürüdü. Fəlakətli vəba 100.000 insanın ölümünə səbəb oldu.

1820 il: 1720 pandemiyasının yüzilliyində ilk yatalaq epidemiyası meydana gəldi. Asiya ölkələrinə — Filippin, İndoneziya və Taylanda güclü təsir etdi. Maraqlıdır ki, 100.000-ə yaxın insan da elə bu epidemiyadan öldü. Hesab olunurdu ki, epidemiyanın yayılmasına səbəb su mənbələrindən çiy sudan istifadə olub.

1920-ci il: Ən sonuncu və ən yaxşı sənədləşdirilmiş «ispan» pandemiyası meydana çıxdı. Bu qrip rekord sayda insana yoluxdu — bir milyard nəfər insan bu virusdan əziyyət çəkdi. 100 milyon insan öldü. Bu, bəşər tarixindəki ən ölümcül vəba xəstəliyi hesab olunur.

2020-ci il: Çində, Cənubi Koreya, İran, İtaliya və digər ölkələrə yayılan yeni bir koronavirus epidemiyası başladı. 77 mindən çox insan yoluxmuş, 2 mindən çox insan ölüb. Ancaq günbəgün vəziyyət pisləşir.

Ən pisi odur ki, hava səyahətləri və müasir texnologiya virusun dünyada yayılmasını daha da sürətləndirir. Və bunun necə bitəcəyini tək Allah bilir…

Siz nə düşünürsünüz?

Tərcümə Fedai.az-a məxsusdur.

Bu xəbəri paylaşın: