Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov vəfat etdi

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

Fedai.az xəbər verir ki, bu barədə səhiyyə eksperti Adil Qeybulla sosial şəbəkədə yazıb. Adil Qeybulla bildirib ki, İsgəndər Həmidov bu gün dünyasını dəyişib. Bu barədə professor Adil Qeybulla məlumat verib:

“Bu gün çox kədərli xəbərlə sizlərə məlumat vermək zorundayam. Milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən biri İsgəndər Həmidovu itirdik. Allah rəhmət eləsin, ruhu şad olsun!”.

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirmişdir. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

AVMVİB Rəhbərliyi İsgəndər Həmidovun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Похожее изображение
Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •