İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış «Ana harayı” abidəsini ziyarət edib.


Fedai.az-ın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.


Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. 

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •