Çin tarixdə ilk dəfə ABŞ qarşısında geri addım atdı

Koronavirusa görə iqtisadiyyatına ciddi zərər dəyən Çin ABŞ-la ticarət müharibəsində ilk dəfə geri addım atıb. Belə ki, rəsmi Pekin ABŞ-ın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətlərini ləğv etməyə başlayıb.

“Haber7”nin məlumatına görə, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin verdiyi açıqlamadan məlum olur.

Bildirilir ki, Pekinlə Vaşinqton arasında imzalanmış ticarət sazişinin birinci mərhələsinə uyğun olaraq Çin tərəfindən bəzi addımlar atılıb.

Belə ki, ABŞ-dan gələn bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti, kartof və heyvan yemləri üçün Çinin tətbiq etdiyi idxal məhdudiyyətləri aradan qaldırılıb.

Pekin ilə Vaşinqton arasında ticarət müharibəsi 2018-ci ilin yazında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. Bundan sonra tərəflər bir neçə dəfə qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar.

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •