AVMVİB «Ana harayı» abidəsini ziyarət etdi

AVMVİB Rəhbərliyi və üzvləri «Ana harayı» abidəsini ziyarət etdilər.
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, 26 fevral 2020-ci il tarixində Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış «Ana harayı» abidəsini ziyarət etdilər.

AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, XX əsrdə ermənilər tərəfindən insanlıq əleyhinə törətdilmiş bu cinayətin cavabsız qalması yolverilməzdir. Beynəlxalq təşkilatların bu barədə susqunluğuna son qoymaq üçün torpaqlarımızda qisas və antiterror əməliyyatlarına başlamalıyıq.


Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il keçir.

Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.


Hər il təşkilat üzvləri və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

E. Səlim

На изображении может находиться: 8 человек, в том числе Kamil S Sirin, люди стоят, люди гуляют, толпа и на улице
На изображении может находиться: 2 человека, люди стоят, дерево и на улице
На изображении может находиться: 9 человек, в том числе Mansurov Temuraz, Салман Умид Гусейнов и Kamil S Sirin, люди стоят и на улице
Bu xəbəri paylaşın:
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •