Prezident DSX-nin 3 generalını istefaya buraxıb — Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •