HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ – 1-Cİ YAZI

 “Arsak/Artsax” toponiminin etnomənsubiyyəti

Bu yaxınlarda Soçidə Putinin rəhbərliyi altında keçirilən növbəti sonugörünməz, sürüşkən “Lavrov layihəsi”nin “BARIŞ” toplantısında arxasında dayanan gücdən qüvvət alan xalqların tarixindən xəbərsiz olan savadsız, cahil Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” təcavüzkar bəyanatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə, əminliklə “Qarabağ Azərbaycandır, NİDA” verdiyi cavabın arxasında aşağıda qısa xatırladacağımız ümumtürk tarixi dayanırdı.

        N.Adons : “Artsax həmişə erməni nüfuz dairəsindən  kənarda olmuşdur.”

        N.O.Emin: “Qarabağ heç zaman erməni mədəniyyətinin mərkəzinə çevrilməmişdi.”

Klassik saxtakarlar olan erməni tarixçilərinin fantastik uydurmalarından başqa, özlərini bəzən “hay”, bəzən “armyan” adlandıran, bizim “erməni” (bizə babadan qalma: “Suya düşən itlə yağışa düşən erməninin fərqi yoxdur!” kəlamı nəsildən-nəslə yaşayır) adlandırdığımız xalqın etnokimliyi barədə bu günə kimi, qədim qaynaqlarda, mötəbər mənbələrdə elmin qəbul edəcəyi kiçicik bir fakta, adi bir işarəyə belə rast gəlinməmişdir. Bu barədə tarix elminin üç riyazi əməlinin – etnoarxeoloji, etnoantropoloji və etnolinqivistik ədəbiyyatının susması da səbəbsiz deyildir. 30 ildən artıq zaman ərzində fasiləsiz olaraq, erməni anonim keşiş müəlliflərin və onların saxta tarixçi varislərinin “Böyük Armeniya” mifi, “qədim erməni yazısı” və başqa fantastik uydurmaları ətrafında tarix və tarixilik kontekstində apardığımız araşdırmalarda gəldiyimiz son nəticəni özünəməxsus bir yanaşma ilə təsdiq edən ifrat türk düşməni olan görkəmli erməni alimi Manuk Abeqyanın söylədiyi aşağıdakı fikir müstəsna elmi dəyərə malikdir. O, yazır: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla o buraya (Kiçik Asiyaya – Ə.T.) gəlib, armyan olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə və etnik tərkibinə kim necə təsir göstərib? Bu amilləri və armyanların kimliyini sübut etmək üçün əlimizdə dəyərli, dəqiq və aydın dəlillər yoxdur.”

Manuk Abeqyanın açıq-aydın şəkildə verdiyi şərh sübut edir ki, “erməni tarixinin atası” hesab etdikləri anonim keşiş Moisey Xorenatsi ilə başlanan saxta ənənənin davamı olaraq, bu günə kimi yazılan “Armeniya tarixi” kitablarının üz qabığı – cildi əgər çıxarılarsa, onların içərisində ümumtürk mifoloji və filoloji tarixindən başqa, çağdaş erməni xalqının etnotarixi, etnoyazısı barəsində elmi tarixin təsdiq edəcəyi bircə cümləyə də rast gəlinməz. Təsadüfi deyildir ki, akademik N.Y.Marr kimi dünyaşöhrətli bir alim yazırdı:”Erməni xalqı kimi,erməni dili də hibrid dildir!”

Əlbəttə, bir xalqın ki, milli soy-kökü olmaya, “erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi də, “erməni əlifbasının banisi” adlandırdıqları Mesrop Maştos da anonim keşiş ola, o xalqın “qədim tarixi”ndən danışmaq elm deyil, erməni boşboğazlığıdır, cəfəngiyyatdır, müalicəsiz “erməni xəstəliyi”dir!!!

Ermənilər tarixən güclüyə  nökər və qul olmaqda, xəbislikdə və riyakarlıqda dünya xalqları arasında elə fərqlənən əhalidir ki, qədim ümumtürk tarixinin üç epoxasına (“Biaini çarlığı”, “Arme çarlığı” və “Part çarlığı”) aid olan zəngin mədəniyyəti, qədim tarixi göz görə-görə kimsənin ağlına gəlməyən müdhiş saxtakarlıqla “Böyük Armeniya” adıyla öz adlarına çıxmaqdan heç zaman çəkinməmişlər, çəkinmirlər və çəkinməyəcəklər də. Səbəb? – Çünki onların bəşər tarixində nə bir qarış torpaqları, nə etnoeponimləri, nə etnomifoloji, nə də real etnotarixləri olmuşdur. Bu təkzibedilməz faktdır. Ancaq rusların Azərbaycan türklərinin qədim torpaqlarını işğal etdikdən sonra yaranmış yeni siyasi şərait yarıdilənçi ermənilərə ilk tarixi qapı açmış oldu.

1828-ci ildə qanlı rus süngüsü ilə məğlub tərəfə (qədim Azərbaycan coğrafiyasının cənub hissəsinin xilası naminə Qacarların son varisi olan şahzadə Abbas Mirzəyə) imza atdırılmış “Türkmənçay” irtica müqaviləsindən sonra rus imperatorluğu bir anadan, bir atadan doğulmuş Azərbaycan türklərinin iki qədim dövlətini – Arazın o sahilində “Atarpaten” (yunan ədəbiyyatında “Atropaten”. M.ö.IV – m.s.VII əsr), bu sahilində  “Ön Qafqaz Oğuz Albaniyası” (m.ö.IV-m.s.VII əsr) dövlətini – qədim Vahid Azərbaycanı qəddarcasına parçaladı.

Bu qanlı hadisədən sonra çar İrəvan və Naxçıvan xanlıqlarını ləğv etdi, imperiyanın tərkibində ikillik (1828-30-cu illər) “Müvəqqəti armyan vilayəti” yaratdı. Rusların beş ölkədə (Livan, Suriya, İraq, Türkiyə və İranda) tarixən ailə şəklində günəmuzd həyat şəraitində yaşamış yarıdilənçi erməni ailələrini keşişlərin əli ilə toplayıb, ilk köçünü İrəvan xanlığında – Ön Qafqaz Oğuz Albaniyasının qərb ərazisində yerləşdirdilər. Bu münasibətlə general İ.F. Paskeviç I Nikolaya yazırdı:”…Zati- aliləri! “Armeniya Vilayəti”nin yaradılması h ə l ə l i k (kursiv bizimdir.- Ə.T.) Azərbaycan torpaqlarını ikiyə bölmüş olur və Osmanlı Türkiyəsinə qarşı bir poliqon bölgəsinin meydana gəlməsinə şərait yaradır. Bu olduqca vacib şərtdir.”

Ç.Kirokosyanın “Armyan Vilayəti”nin timsalında tarixən iç-icə, divar-divara yaşayan, bir ananın, bir atanın köynəyindən çıxmış qanı bir, dili bir, dini inancı bir olan əkiz qardaşın bağrına rusların qəddarcasına çaldığı “paz”a aşağıda verdiyi qiymət çağdaş rus-erməni siyasətinin tarixini olduğu kimi aşkara qoymuş olur.O, yazırdı: “Zaqafqaziya və Azərbaycan tatarlarını Kiçik Asiya türklərindən ayıran erməni xalqı türk tayfasının bədəninə çaxılmış bir pazdır. Biz bu pazın aradan götürülməsinə və onun yerinə bizə yağı kimi baxan bütöv müsəlman toplumunun ortaya çıxmasına yol verə bilmərik. Buna görə də bizim siyasətin məqsədi Türkiyə Armeniyasında (keşiş baban M.Xorenatsini oxu, ümumtürk tarixindən başqa, bircə cümlədən ibarət etnotarixi fakt göstər – Ə.T.) elə bir siyasi quruluş yaratmaq lazımdır ki, erməni xalqına dinc inkişaf etmək imkanı versin.”

 C.Kirokosyanın bəyanatı Osmanlı və Azərbaycan türklərinə qarşı Ön Qafqazda rus-erməni “xristian qardaşları” birliyinin tarixindən xəbər verir. Bu bəyanat rəsmi olaraq sübut edir ki, Azərbaycan türklərinin qədim torpaqlarını işğal edən də, Qafqazda “xristian qardaşları” dayağı yaratmaq məqsədilə bu gün özlərini həyasızcasına “yerli əhali” kimi dünya ictimaiyyətinə sırımağa çalışan köçkün ermənilərə türk torpaqlarında “tarixi vətən” təşkil edən də, saxta “Artsax” iddiası ilə Qarabağda qanlı tarix yazan da işğalçı ruslardır. Bu həqiqəti Moskvanın özü etiraf etdi.

Keçən illərdə erməni ailəsini rus əsgəri öz silahı ilə son nəfərinədək güllələdi, məhv etdi. Xalq İrəvanın meydanında rusların bayrağını yandırdı. Moskva televiziyasında siyasət adamları, dövlət xadimləri hədələrlə “etibarsız” “xristian qardaşları”na köçkün həyatlarını xatırladaraq, onlara Azərbaycan türklərinin torpaqlarında “Ermənistan” dövlətini yaratdıqlarını, Qarabağı işğal edib, “Artsax” adında ikinci dövlət təşkil etdiklərini dünya ictimaiyyətinə çəkinmədən hündürdən dəfələrlə “qürurla” bəyan etdilər.

 Türkün əbədi düşməni olan Kremlin daşnak-bolşevik güruhuna söykənən siyasət dəlalları Ön Qafqaza köç tarixləri məlum olsa da, köçkün “xristian qardaşları”na “qədim yerli əhali” tarixi yazmaq üçün heç bir maddi sübuta söykənmədən yetmiş il fantastik “Böyük Armeniya” mifi zəminində cild-cild saxta kitablar yazdılar, “Ararat”, “Naxçıvan” və “Arsak” iddialarını zəhərli ideoloji silaha çevirdilər.

Mövzunun tələbindən kənara çıxmamaq üçün yuxarıda qısaca söylədiklərimiz sübut edir ki, rusların XIX əsrin əvvəllərində İrəvan yaylasında yerləşdirdiyi ermənilərin çağdaş nəslinin  etnomənşəyi ümumtürk tarixinin ən qədim dövrünü yaşadan “Arsak” (“Artsax”) toponimi ətrafında hay-küy qaldırması özləri qədər saxtadır. Çünki ermənilərin növbəti rus imperatorunun – Bakıda tökdüyü türk-müsəlman qanını içə-içə qarşısıalınmaz yırtıcıya çevrilmiş Xallı Köpək M.S.Qorbaçovun birbaşa rəhbərliyi altında 1990-cı illərdə işğalçı imperiyanın hərbi texnikasının və canlı qüvvəsinin yazdığı “Qarabağın qanlı tarixi” sübut edir ki, bu illərdə meydana çıxan “erməni Artsax”ı iddiaları tarixdə görünməyən müdhiş türk soyqırımı siyasətində rus-erməni vəhşiliyini gizlətmək üçün uydurulmuşdu. Bu kontekstdən “Arsak” (“Artsax”) toponiminin etnotarixinə qısaca nəzər yetirsək, o zaman aydın olacaq ki, ruslar yarıdilənçi erməni köçkünlərini bəhanə edərək, XIX əsrin əvvəllərində İrəvan yaylasında “Armeniya” adında dövlət yaratdıqları kimi, XX əsrdə də Qarabağda “Artsax” namında imperiyanın tərkibində ikinci rus dövləti yaratmağa israrlıdırlar. Kremlin Azərbaycan türklərinə qarşı 20 ildən artıq müddətdə apardığı “barış”, “dostluq” və “qardaşlıq” siyasətinin səmimi olmaması da bunu sübut edir.

 Arsak etnomənşəcə kimdir?

Qısaca gətirəcəyimiz tarixi faktlar suala aydın cavab verəcəkdir.

ARDI VAR….

Professor Əjdər Tağıoğlu“Turan Araşdırma Mərkəzi” -nin sədri./ONN İnformasiya Agentliyi/

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •