NİYƏ AZƏRBAYCANDA ATİLLA HUNUN 1650 illiyini qeyd etməyək?

Dr. Tarıyel Azərtürk/ABŞ/

NİYƏ AZƏRBAYCANDA ATTİLA HUNUN (bizim əhalinin müəyyn hissəsi eramızın əvvəlllərində bura köç etmiş döyüşgən Hunların törəməsidir) anadan olmasının 1650 illik yubileyini qeyd etməyək?
***
ATILLA HUNUN ÖZ ORDUSU İLƏ ROMA KƏNARINDA ROMA PAPASI BÖYÜK I LEO İLƏ TARİXİ GÖRÜŞÜ:

451-ci ildə Atilla Hun İtaliyaya hücum edib onun şimal şərqindəki Akvileya şəhərini qarət edəndən sonra Romaya doğru irəlilədi. 452-ci ilin iyun ayında ATİLLA HUN öz ordusu ilə Roma şəhərinin kənarında lövbər saldı. İmperator III Valentin 3 nəfər ən böyük siyasətçini onunla danışığa göndərdi:
«Gedin görün bu «Allahın bəlası» yenə nə istəyir?»
Onların arasında Roma Papası I Leo də vardı.

Danışıqları Attila ilə o aparmalı oldu.

Leo: Allahın torpağına xoş gəlmisiz. Adınız və bu səfərdən məqsədinz nədir?

Attila: Adım ATTİLADIR. Bu isə mənim ordumdur. Gəlmişəm bu ölkəmə…

Leo onun sözünü kəsir: Bu sizin ölkə deyil!

Attila çığırır: Bu mənim ölkəmdir!

Leo: Ürəyinizdəki bu cür qəzəblə bura niyə gəlmisiz?

Attila: Mən sizin var dövlətiniz, sizin torpaqlarınız və sizin Romadakı xəzinəniz üçün gəlmişəm!

Leo: İmperatorluğun bütün var-dövlətini, qüdrət və gücünü Allah özü öz əliylə Xaç İsasının apostolu bizim yaxın əcdadımız Piter vasitəsilə katolik kilsəsinin Papası və lideri kimi mənə göndərib. İsanın adıyla Piterin mənə verdiyi bu varı, bu dövləti, İsanın bu kilsəsini qorumaq mənim vəzifə borcumdur.

Attila: Ordunuz olmaya-olmaya siz bu kilsənin daş-qaşını necə qoruyacaqsınız?

Leo: Bizdə bizi Qoruyan və Allahımız olan Xaç İsasının güc və qüdrəti var.

Attila: Mən heç kəsdən qorxmuram. Və mütləq əminəm ki, əməllərimə görə mənə verilmiş «ALLAHIN BƏLASI» (The Scourge of God — Ta Skorg of Qad) adımı eşitmisiz.

Leo: Sizin adınız yalnız İnsandır. Əslində mənim adımı Allah özü verib.

Attila: Siz allahın güc və qüdrətindən nə qədər istəyirsiz danışa bilərsiz, ancaq mən hələlik belə bir güç görmürəm.

Bu anda söhbətə ALLAH özü qoşulur. Göylər yarılır göylərdən səs gəlir:
Bu müqəddəs yerləri tərk elə! Əks-təqdirdə, əsil Allah bəlasını özün görəcəksən!

Leo: Daha nə kimi təsdiq axtarırsan əmin olasan ki, bu belə deyil?

Attila: Yox. Heç nə. Mən gəldim ki, sizin allahınızın həqiqətən güclü olduğuna əmin olum. Mən bundan sonra Leo Papanın və onun allahının qüdrəti barədə hamıya danışacam.

Leo: Allah sizi qorusun. İndi isə gəlin sülhlə ayrılaq.

***
Tarix özü məəttəl qalır: Romanın kandarına ordusuyla gəlib çıxmış Attila Hun niyə döyüşə girməyərək, paytaxtın astanasından qayıtdı? Bu barədə fərziyyələr çoxdur. Yazırlar ki, u dövrdə Hunlar arasında çiçək epidemiyası var imiş və ordu onnan qırılırmış. Və bir də — İmperiyanın Şərq hissəsinin imperatoru MARCİAN Romanın köməyinə gəlir — xəbəri Attilanı fikrindən döndərib.

Fərziyyələr öz yerində — ancaq bildiyimizə görə, ATTİLA HUN tələb etdiklərini İmperator III Valentindən almışdı —
Onun gözəl bacısını zəngin cehizi ilə və imperiya büdcəsindən illik bacını…

***
Şəkillərdə:
1. ATTİLA HUN — ALLAHIN BƏLASI
2. 440-461-də Vatikanda Papa seçilmiş I Leo. Attilanı kandardan qaytara bildiyi üçün ilk dəfə BİRİNCİ LEO adına DAHİ ləqəbi verildi. Roma aylarla toy-bayram elədi.
3. Böyük RAFAELİN işi — Leo ilə Attila Hunun görüşü.
Sikstin Kapellasında saxlanılır. 22 Fevralda Azərbaycan Prezidenti və I Vitse-Prezident oranı ziyarət etdilər və bu tablo barədə onlara məlumat verildi.

Нет описания фото.

Mən də məlumat vedim ki, millət bilsin bu tablonu BÖYÜK RAFAEL bizim BÖYÜK ƏCDADIMIZ ATTİLA HUNA niyə həsr edib.

На изображении может находиться: 1 человек

Нет описания фото.

P.S. Atilla öz məktubunda Qafqazdan getdiyini Bizans hökmdarına yazıb. İkinci bir tərəfdən isə üzdə olan bir məsələni bizə unutdurublar. Hun çin dilində deyimdi. Digər ad isə Hoyon, hyun və s. Sonralar bu adın necə Qara qoyunlu və Ağ qoyunluya çevrilməsi araşdırılmalıdır. Əsasən Slavyan xalqlarının şərq qollarında -rus, mordvalı və s. «h» səsi «q» səsinə keçir. Yəni Hoyon-qoyon kimi dəyişilib və bu gün bu sözü «qoyun» kimi işlətməyimiz yanlışdı. Atillanın vətəni Azərbaycandı. Türk cəmiyyətlərindəki bölgüyə görə isə qara-ağ sosial bölgüdür. Bu gün də dilimizdə «qara camaat» deyimi qalmaqdadır.

Bu barədə geniş tarixi mənbələrə söykənən araşdırmalarım var və bunu qısa olaraq anlartmaq istədim.

Var olun Tarıyel bəy, məmnuniyyətlə bu yazını yayına aldıq. /Xaqani Ədəboğlu/

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •