TƏRTƏR VADİSİNDƏ GÖZƏLLİKLƏR BEŞİYİ -UMUDLUNUN İŞĞALINDAN 28 İL ÖTDÜ

28 fevral 1992-ci il Ağdərə rayonu Umudlu kəndinin işğal edildiyi gündür.
Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Umudlu kəndi Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal olunub.


Umudlu kəndi erməni quldurları tərəfindən ötən əsrində soyqırıma məruz qalıb. 1905-ci il, 25 dekabr. Erməni əhatəsində tənha qalan Umudlu kəndi bu tarixdə köməyə başlayır. Heyvalı (Drombon) adlı kəndinin yanına yetişməkdəAbram bəy Həsən Cəlalov bunloara rast gəlir və Heyvalıda qalmalarını təklif edir.


İsmayıl kəndxuda ona inanıb razılıq verir.


M.S.Ordubadi yazırdı: “Bu halı görən əliboş camaat nə edəcəklərini bilmirlər. Əvvəlcə kişiləri övrətlərindən ayırıb başlarını kəsir, sonra övrətlərin bir hissəsini saxlayıb, bir hissəsini də öldürürlər.


“Bu qarışıqlıqda həmən insanların sallaqxanasından ancaq 30 nəfər canının qurtarmışdır ki, bu sözləri nəql eləyirlər”…


Sonra İmarət – Qərvənd kəndini də işğal edən ermənilər Xaçın və Qabartı dərəsi kəndlərinə keçirlər.


Bu hadisələrdən 115 ilə yaxın bir vaxt keçir. Dəyişən nədir?

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •