AVMVİB rayon (şəhər) şöbələrinin monitorinqini keçirəcək

AVMVIB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu birgə AVMVİB rayon şöbələrinin monitorinqini aparmaq üçün planı müzakirə ediblər.
Plana görə rayon şöbələrinin zonalar üzrə fəaliyyəti 3 kateqoriya üzrə araşdırılacaq:


— Fəal şöbələrimiz.

— Zəif fəaliyyət göstərmiş şöbələrimiz.

— Fəaliyyət göstərməyən şöbələrimiz.


Bu kateqoriyalar, əsasən təşkilat rəhbərliyi, NTK və təşkilat üzvlərinin iştirakı ilə aparılacaq. Yekunda bu işə media dəstəyi verən Veteran.az öz interaktiv cədvəli ilə yanaşı siyahı üzrə səsverməni də təşkil edəcək. Yekun olaraq fəaliyyətsiz şöbələrin fəaliyyətlərinin bərpası AVMVİB İdarə Heyətinə təqdim ediləcək.


AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, məsələni müzakirə etdik və qərara gəldik ki, elə ilk araşdırmalara Bakı, Sumqayıt və Abşerondan başlayaq. Bu araşdırmanı dövri olaraq davam etdirmək fikrindəyik. Fəaliyyəti bizi qane edən rayon şöbələri mükafatlandırılacaq. Tam əksi olanlar isə cəzalandırılmalı və yaxud da yenilənməlidir. Fktiki olaraq müharibə veteranlarının problemlərinin həlli və onlara diqqətin artırılmasını öz prioritet vəzifəsi saymayanlar şöbələrə rəhbərlik edə bilməzlər. Son il ərzində onlarla tədbir keçirmiş, ölkədə gənc nəslin tərbiyəsində hərbi-vətənpərvərlik ruhunun aşılanmasında rolu olan şöbələrimizlə yanaşı, o birinin gedib Stalinə: «Yoldaş Stalin! Başın haqqı səndən incimişik. Müharibə eləyib bizə deməmisən. Doğrusu elə şöbələr var ki, adından başqa heç bir fəaliyyəti yoxdur. Yəqin ki, bu reallığı daha sivil bir yolla çözəcəyik. Yəni hər kəs tutduğu mövqeyə hörmətlə yanaşmalıdır. Qoy öz fəaliyyətini hər cür çətinliklərə baxmayaraq qurmuş şöbələrdən nümunə götürsünlər.


Doğrudur, bəzi rayon rəhbərləri şöbələrin işinə manelər yaradırlar. Bu məmurların çoxu ölkə rəhbərinin göstərişlərinə məhəl qoymurlar. Üstəlik özlərinə uyğun birini qazi elan edib, bizim təşkliata qarşı qarayaxma kompaniyası aparmaqla məşğuldurlar. Əlimizdə bu təşkilat haqqında yüzərlə faktlar var. Amma bizim mövqeyimizə görə döyüşçü döyüşçünü yalandan satmaz. Deməli bu adamların çoxu saxta yolla əlil, veteran, hətta şəhid ailəsi olanlardı. Bunlar öz çirkin fəaliyyətlərinə son qoymasalar, özlərini hökumətin qeyri «hökumət» təşkilatı adlandıraraq işlərimizə bu yeni ildə də pəl vursalar, Yevlaxın, Goranboyun həbs olunmuş başçıları ilə hansı oyunlardan çıxdıqları barədə aidiyyatlı orqanlara müraciət etmək məcburiyyətində qalacağıq.

AVMVİB Mətbuat Xidmətinin Rəhbəri X. Ədəboğlu məsələ ilə bağlı bildirdi ki, məsələ üzrə məsləhətləşmələr yekunlaşmaq üzrədir və plan barədə AVMVİB sədrinin razılığı olarsa, ilkin olaraq aşağıda adları çəkilən rayon və şəhər təşkilatlarının fəaliyyəti qiymətləndiriləcək:


I Zonaya daxil olan AVMVİB rayon şöbələri:

1. Qaradağ

2. Səbail

3. Nəsimi

4. Yasamal

5. Binəqədi

6. Xəzər

8. Sabunçu

9. Suraxanı

10 Nizami

11. Pirallahı

12. Çilov

13. Xətai

14. Nərimanov

15. AVMVİB Polis Müharibə Veteranları

16. AVMVİB Dəmir Yol

17. Sumqayıt

18. Abşeron

Ona görə də müharibə veteranları bu işdə yaxından iştirak etməli və sayta məxsus ünvanlara, sosial şəbəkədəki qruplara öz tələb və təkliflərini verə bilər, rayon şöbəsi rəhbərliyinin yürütdüyü ictimai fəaliyyət barədə öz fikirlərini yaza bilərlər.


Bu işə 2020-ci ilin ilk ayından start verəcəyik. Yorulanların dincəlməsi üçün, bacarıqsızların bacardıqları işlə məşğul olmaları üçün «şərait və imkan» yaradacağıq. Artıq «olmamaqdansa, olması yaxşıdır!» prinsipi, «belə olmaqdansa, olmasa yaxşıdır!» prinsipi işimizin əsas qayəsi olmalıdır. Onlarla rayon şöbəsi dövlətdən heç bir maliyə yardımı almadan tədbirlər keçirirlər. Bu sahəyə ayrılan pullara əl qoymuş QHT-lərin heç biri bu şöbələrin gördüyü işlərin yarısını görməyib. Amma nədənsə aidiyyatlı qurumlar belələri ilə iş birliyi qurmaqda maraqlı olurlar.
Beləliklə, bu sahədə təkliflərinizi gözləyirik!


N. Məmmədli

Bu xəbəri paylaşın: