QİSASI ALINAN AZƏRBAYCANLI LEGİONER

Görünməz əl hər yerdə idi və SSRİ cəsusu layiqli cəzasını almışdı

1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnu Düdəngə kəndində dünyaya gələn Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski səfəvi nəslindən olub. Onun atası, Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi Əli bəy Fətəlibəyli dövrünün hörmətli şəxsiyyətlərindən idi.

Bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə onu vurmaq istəyib. Oradakı zabitlər Əli bəyi sakitləşdiriblər. Bir ay sonra isə atası Əli bəy zəhərlənərək, öldürülüb.

İkinci dünya müharibəsi zamanı əsir düşən Düdənginski azərbaycanlılardan ibarət legionun lideri kimi SSRİyə qarşı vuruşur.

Azərbaycanın müstəqilliyinin bərpası, Almaniyada tanıdılması istiqamətində ciddi fəaliyyət göstərən Düdənginskinin Almaniya hakimiyyəti ilə sıx əlaqələri vardı.

Onun apardığı anti SSRİ fəaliyyətinin qarşısını almaq üçün SSRİ DTKnın cəsusu Mikayıl Ismayılov SMERŞ»in zabiti «Müller» ləqəbli Georgi Vladimiroviç tərəfindən Düdənginskini öldürmək sifarişi alır.

Düdənginski ilə şəxsi münasibət yaradıb etibarını qazandıqdan sonra Mikayıl İsmayılov onu çəkic ilə başından vuraraq qətlə yetirir.

Azərbaycanlı legioneri öldürdükdən sonra ölkəyə qayıdan Mikayıl hər şeyin yolunda olacağını düşünsə də ömrünü Azərbaycanın azadlığına həsr etmiş oğulların hələ də var olduğunu, görünməz əl kimi lazım olanda xainləri cəzalandıra biləcəyini unutmuşdu.

Xain Mikayıl İsmayılov da öz otağında Düdənginskini öldürdüyü formada aradan götürülür.

Son nəfəsinə qədər bütün təhlükələri gözə alaraq vətəninin maraqlarını qoruyan, illərlə onlardan biri kimi görünüb lazım olduqda hərəkətə keçən vətən övladlarından dünyasını dəyişənlərin ruhları qarşısında baş əyirik.

Azərbaycançılıq, vətən ruhunu bu gün də yaşadanlar sizləri də unutmuruq…

Qeyd: Fotodakı şəxs Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskidir./Difai təşkilatı/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •