Dalay-lama karantinə yerləşdirilib

Roma Papası, Qum dini mərkəzindəki Ayatullahlardan sonra koronavirus növbəsi Dalay Lamaya çatdı.

Tibet buddistlərinin lideri Dalay-lama koronavirus epidemiyasından sığortalanmaq məqsədilə karantinə yerləşdirilib.

“RİA Novosti” agentliyi məlumat verir ki, bu haqda Dalay-lamanın Rusiya, MDB ölkələri və Monqolustan üzrə nümayəndəsi Telo Tulku Rinpoçe açıqlama verib.

O əlavə edib ki, COVID-19 epidemiyasının yayılmağa başladığı ilk günlərdən Dalay-lamanın iştirakı ilə keçirilən bütün tədbir və mərasimlər ya ləğv edilib, ya da təxirə salınıb.

Qeyd edək ki, Tibetin dini lideri Dalay-lama hazırda Hindistan ərazisində yaşayır. 

Bu xəbəri paylaşın: