Dünyaya savaş açan iki türk əsgəri

1912-ci ildə ingilislər Hindistanı işğal edərkən Hindistan kralı Osmanlı dövlətindən əsgəri yardım istəyir. İllərdi ki, savaş içində olan Osmanlı dövləti bu yardım istəyini cavabsız buraxmır və 350 nəfərlik əsgəri birliyi gəmi ilə Hindistana göndərir. 350 nəfərlik bu birlikdən 20 nəfərə qədəri yolda xəstəlikdən Şəhid olur. Qalan 330 Osmanlı əsgəri isə Hindistana çıxaraq ingilislərə qarşı savaşa qoşulurlar. Savaş üçün gərəkən bir çox mühümatlar baxımından korluq çəkən Osmanlı əsgərləri bir neçə günlük mücadilədən sonra hər cür texnoloji ləvazimatlar və silah-sursatla təhciz olunmuş ingilis əsgərləri qarşısında yenik düşürlər…

Və Osmanlı əsgərlərindən 40-a qədəri əsir düşür. Yerdə qalanları isə qeyri-bərabər və amansız savaşda Şəhid olurlar…


Savaş bitdikdən sonra əsir düşmüş 40 Osmanlı əsgərini ingilislər öz gəmilərində işlətməyə başlayırlar. Həmin bu gəmilərdən birinin Avstraliyaya gəlişində iki əsir Osmanlı əsgəri birtəhər gəmidən qaça bilirlər…

Bir müddət sonra adı Qaradəniz diyarından Mentesoğlu Abdullah olan bu əsgərlərdən biri atasının məsləyi olan dondurmaçılıq işinə başlayır. Qarahisar diyarından olan digər əsgər – Tarakçıoğlu Mehmet də atasının gördüyü işlə – qəssablıqla yad ölkədə para qazanmağa başlayır…

1918-ci ildə Avstraliya Çanaqqalaya əsgər çıxaranda haqqında danışdığımız iki Osmanlı əsgəri bundan xəbər tuturlar. Onlar dərhal bir araya gələrək, yaranmış durumun dəyərləndirilməsini yapırlar: “Biz Osmanlı əsgəriyik və Avstraliyada yaşayırıq, Avstraliya dövləti isə Osmanlıya savaş açmış və bizim ölkəmizi işğala getmişdir. Bu səbəbdən biz də Avstraliya dövlətinə savaş açmalıyıq” – deyə qərar verən əsgərlər, Avstraliya dövlətinin başçısına belə bir məktub göndərirlər:

“Hörmətli Avstraliya başqanı Eksalans həzrətləri! Biz iki Osmanlı əsgəri sizin ölkənizdə yaşayırıq. Eşitdik ki, siz Avstraliya dövləti olaraq, bizim dövlətimiz Osmanlıya qarşı savaş açmış və Çanaqqalaya əsgər göndərmisiniz.Bu səbəbdən iki Osmanlı əsgəri olaraq biz də Avstraliya dövlətinə qarşı savaş açdığımızı bəyan edirik və bu bir Osmanlı savaş fərmanıdır.

Karahisar diyarından Mentesoğlu Abdullah Karadəniz diyarından Tarakçılğlu Mehmet”.

Beləliklə, bu iki Osmanlı əsgəri Sidneyin 250 km uzaglığında yerləşən Qarlıdağlar adlanan bölgədə öncə dəmiryolunun relslərini sökərək. üç qatarı çevirirlər. Çevrilmiş üçüncü qatarda əsgəri ləvazimatlar bulan türk əsgərləri yaxşıca silahlanırlar. Bir azdan sonra həmin bölgədə yerləşən 8 Karakola basqın edən əsgərlər, oradakı əsgəri qüvvələrin hamısını məhv edirlər…

Nəyin baş verdiyini heç cür anlamayan Avstraliya dövlətinin nəhayət ki, iki Osmanlı əsgəri tərəfindən yazılmış məktub ağlına gəlir və məktubun göndərildiyi bölgəyə 250-yə qədər əsgəri qüvvə göndərilir. Əsgəri qüvvələr yerində Osmanlı əsgərləri ilə bağlı bir neçə günlük araşdırmalar aparandan sonra Osmanlı əsgərləri ilə Avstraliya əsgərləri arasında atışma baş verir. Nəticədə hər iki əsgər Qarlıdağlarda Şəhid olurlar…

Həmin əsgərlərin məzarı hazırda Sidneydən 250 km uzaqda olan Qarlıdağlar bölgəsindədir. Və bu məzarların ətrafında foto və video çəkilişlər qadağan edilib…

Avstraliyalılar “iki Osmanlı əsgəri ilə savaşdıq” deməkdən utandıqları üçün bu əsgərlərə “Hindistan əsilli” deyirlər. Fəqət, Hindistanda nə Karahisar, nə də Karadəniz diyarı adlanan heç bir bölgə yoxdur…


Qoshqar Salmalı

Bu xəbəri paylaşın: