“Dərs vaxtı” proqramına yenilik ediləcək

«Tele-dərslərə fiziki tərbiyə və informatika fənləri də əlavə olunacaq”.

Bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini  Orxan Abbasov  məlumat verib:

” «Dərs vaxtı”  proqramında yenilik olacaq. Martın 24-dən yenidən yayımlanmağa başlayacaq. Dərsdən öncə fiziki tərbiyə ilə bağlı kiçik süjetlər yayımlanacaq. Bu motivasiya xarakterli atlan addımdır.

Şagirdlər evdə qaldığı müddətdə passiv həyatdan uzaq olmalıdır. Fiziki tərbiyə ilə bağlı süjetlərin buna kömək olacağını düşünürük. Yeni həftədən etibarən daha bir fənn də əlavə olunacaq.

Teledərslərin proqramına informatika fənni də əlavə ediləcək.”

Orxan Abbasov həmçinin,  valideynlərə  övladlarına mütaliə vərdişi aşılamağı tövsiyə edib:

«Təhsildə yaranan fasiləni tətil kimi qarşılamasınlar. Valideynlər bu müddətdə övladlarına daha yaxın olub, bütün mümkün resurslardan faydalanmasına dəstək olmalıdır. Bütün valideynlərə səslənirəm, övladlarınıza xüsusən bu müddətdə mütaliə vərdişini aşılayın”.

O, həmçinin distant təhsil mövzusuna da toxunub və bunları qeyd edib: «ADA və UNEC universitetləri Koronovirusa qarşı tədbir görərək, distant təhsilə keçiblər. Tələbələr bu müddətdən istifafə edib, mütaliə və araşdırma ilə məşğul olmalıdır.”(Azedu.az)

Bu xəbəri paylaşın: