ABŞ tarixinin ən böyük yardımını ayırdı: 6 trilyon

ABŞ-ın koronavirusa qarşı mübarizədə maliyyə yardımı ümumilikdə 6 trilyon dollar olacaq.

Milli.Az xəbər verir ki, axar.az-ın məlumatına görə bu sözləri ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

O bildirib ki, iki trilyon birbaşa yardımdır, 4 trilyon isə Federal Ehtiyatlar Sistemindən kredit şəklində veriləcək.

Onun sözlərinə görə, bu, ABŞ tarixində vətəndaşlara göstərilən ən böyük dəstəkdir. Bu vəsait işsizlərə, ailələrə və fərdi sahibkarlara ayrılacaq.

Kudlounun sözlərinə görə, vəsaitin yaxın vaxtlarda verilməsinə başlanılacaq./Milli.Az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •