Bura Xorasandır…

Abbas Hüseynli AVMVİB sədrinin müavini

(Əvvəli: http://fedai.az/?p=2987)

20 fevral 2020-ci il tarixdə qərara gəldim ki, Məhşəd şəhərinini yaxınlığında, yəni 30 km məsafədə yerləşən Tus şəhərinə gedib, orada Əbülqasım Firdovsinin məqbərəsinə baş çəkim.

Onu bildirmək istəyirəm ki, Məhşəd şəhəri Xorasan vilayətinin mərkəzi şəhəridir. Məhşəd şəhərinin vaxtı ilə paytaxt şəhər seçilməsi Türk-Avşarlar sülaləsinin başçısı Nadir şah tərəfindən edilmişdir. Ümumiyyətlə Xorasan Türk axınları üçün daim platsdarm rolu oynamışdır.

Hoteldə səhər yeməyini yedikdən sonra Peymanla birlikdə Tus şəhərinə yola düşdük.Saat təxminən 10 radələrində Tus şəhərində idik. Burada da yolun kənarında olan bütün yazılar fars dilində idi. Tus şəhərində olan insanlar da zəhmətkeş, siyasətdən uzaq insanlar olduqlarını ilk görüşdə ikən hiss edirdim.Adamlar türk dilini bilsələr belə, demək olar ki, fars dilində danışırdılar. Bununlada bu insanların Təbrizdə yaşayan insanlardan böyük fərqləri olduqları görünürdü. Bizi aparan taksi sürücüsündən soruşduqda ki, nə millətdənsən, deyirdi ki, müsəlmanam. Sonradan bildim ki, farsdır, ali təhsilli mühəndis olsa da, özünə münasib bir iş tapa bilməyərək öz avtomaşını ilə sərnişin daşıyır.

Ə. Firdovsinin məqbərəsinə gedən yol asvalt yolun hər iki tərəfi təmir edilirdi. Yolun orta hissəsində isə təxminən 3-4 km məsafədə abadlıq işləri aparılırdı.

Uzaqdan Firdovsinin məqbərəsi görünürdü. Bu məqbərə çox möhtəşəm bir məqbərə idi. Elə bil ki, V.İ. Leninin movzeleyi idi. Avtomaşını bir qədər aralıda saxladıq, mən və Peyman məqbərəyə doğru getdik. Orada məqbərəni ziyarət edən şəxslər çox idi. Məqbərənin ətrafida təmir edilirdi. Biz məqbərənin içərisinə daxil olanda oraya hansısa turistlər ziyarət üçün gəlmişdirlər. Onların sayı 30-35 olardı. Mən görürdüm ki, turistləri ora gətirən bələdçi Firdovsi haqqında məlumatlar verir və divarda olan Firdovsinin «Şahnamə» əsərinin qəhrəmanlarının çəkilmiş şəkillərini göstərir.

Tərcüməçi Peymandan soruşdum ki, bu qadın-bələdçi fars dilində turistlərə nə məlumat verir. O, dedi ki, Firdovsinin böyük bir şair olmasını, İran dövlətinin böyüklüyünü, farslara aid dövlət olmasını türistlərə danışır. Qabaqca istədim Peymana deyəm ki, mən türk dilində Firdovsinin saxtakar olmasını, bu ərazilərin qədim sakinlərinin biz türklər olmasını və bu ərazilərə farsların miladdan öncə 900-cu ildə köçüb Hindistandan gəlmələrini, vaxtı ilə erməni-haylar kimi bunların da qaraçı- köçkün yaşadıqlarını bu turislərə deyim, o da tərcümə etsin. Lakin gördüm ki, həm Peyman bundan çəkinir, həmdə ətrafda olan fars məmurlarının mənim işimə mane ola bilməsini, hətta mənim burada həbs oluna biləcəyimi görüb fikrimdən daşındım. Buna baxmayaraq məqbərənin içərisində video çəkiliş apararaq Firdovsinin türk dünyasının düşməni olmasını, onun tariximizi saxtalaşdırmasını, hətta tarixdə olmayan İran –Turan müharibəsi kimi bir müharibədən bəhs etməsini danışdım.

Yadıma Böyük Əmir Teymurun buraya gəlişi düşdü. Bu məzara ayağını qoyub: “Ey Firdovsi, qalx, qalx da, hər sətrində pislədiyin məğlub türkü indi gör! Qalx da küfr etdiyin, küçümsədiyin türkü gör!»-dediyi sözlər düşdü. Haradan haraya gəldik?

Onu da orada qeyd etdim ki, Firdovsi sonradan öz saxtakarlığı barədə ömrünün sonunda yazdığı «Yusif və Züleyxa» əsərinin başlanğıcında «Şahnamə»ni özündən uydurub yazdığını boynuna alır. Orada danışılan nağılları tamam yalan hesab edir. Firdovsi yazır: »Bütün o nağıllar («Şahnamə»dəki nağıllar) yalandır, iki yüz o qədər nağıl bir ovuc torpağa dəyməz»…» Mən o adları hiylə ilə düşünərək uydurmuşam».

Başqa bir versiyada isə Firdovsinin “Şahnamə”ni Sultan Mahmudun fars vəzirinin verdiyi məlumatlar və göstərişlər əsasında yazdığı bildirilir. Firdovsi və həmin vəzirin farsların “Şüubiyə” adı ilə məşhur olan ictimai-siyasi hərəkatının üzvü olduğu, bu səbəbdən də əsərin türklərə və Turana qarşı düşmən münasibətdə yazıldığı vurğulanır. “Şüubiyə” hərəkatı fars irqçiliyini təbliğ edirdi.

Buna baxmayaraq Firdovsi tarixdə qoyduğu qara ləkəni yuya bilməmişdir. Azərbaycan-Türk dünyasının böyük şari Nizami Gəncəvi belə Firdovsinin saxtakarlığından bəhs edərək onu lənətləmişdir. Mən orada çıxışımda onu da bildirdim ki,Türk dünyasının böyük fatehi Əmir Teymur vaxtı ilə Firdovsinin qəbri üzərinə gəlir və məzarı ayağıyla vuraraq bu sözləri söyləməsi də elə bununla bağlı olub. Mən doğrusu orada bu sözləri deyəndə onu da deyirdim ki, mən böyük fatehin dırnağının tozu belə ola bilmərəm, lakin fatehin sözlərini Firdovsinin məqbərəsində söyləməli oldum.

İranda olarkən onu da eşitdim ki, vaxtı ilə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin bələdiyyəsi, Salmas şəhərində olan Firdovsinin heykəlinin götürülməsi barədə qərar qəbul etmişdir. Bu qərara qarşı İranda və xaricdə yaşayan farslar böyük təpki göstərmişlər. Hətta Təbrizli türk olan şair Rza Şeybani heykəlin qaldırılmasına qarşı çıxmış və fars agentliyinə müsahibə verərək bu sözləri demişdir:» Təəssüf edirəm ki, bəzi bədnam insanlar, bölücülər və ayrılıq salanların qalıqları Firdovsi və onu müdafiə edənlərə qarşı təbliğata başlayıblar…

Pan-türkizm Firdovsi ilə bağlı yalan məlumatla yayır. Firdovsi heç zaman Azərbaycan əhalisini aşağılamayıb. O, vəhşi və İran düşməni olan «moğol türkləri»nə qarşı şeirlər yazıb». Doğrusu mən İran İslam Respublikasında olarkən Rza Şeybanini görə bilmədim ki, ona deyim ki, sənin bölücü, ayrılıq salan , bədnam insan dediyin elə Firdovsinin özü olmuşdur. Qaldı ki, moğol türklər dediklərin isə bizim özümüzük. Sənin təriflədiyin fars şovinizm isə hər vasitə ilə bizi öz kimliyimizdən uzaqlaşdırmağa çalışır.

Məqbərədən təxminən saat 13 radələrində çıxdıq, üst qapıdan çıxanda təxminən 14-15 nəfər qadının başlarında qara çarşab həyətdə oturub çörək yemələrini gördüm. Mən onların yanından keçən zaman həmin qadınlar məni dövrəyə aldılar. Mən doğrusu bunu gözləmirdim. Tərcüməçi Peymandan soruşdum ki, bu qadınlar kimlərdir və məndən nə istəyirlər. Peyman mənə dedi ki, bu qadınlar falçıdırlar və sənin falına baxmaq istəyirlər.

Mən doğrusu falçılara, cadugərlərə inanmayan bir şəxs olduğuma və vaxt ilə də həmin şəxslərdən bəzilərini dələduzluğa görə məsuliyyətə cəlb etdiyim üçün onların əhatəsindən çıxıb getmək istəyirdim. Buna baxmayaraq onlar məndən əl çəkmək istəmirdilər, hətta onlardan yaşlı birisi mənim qolumdan tutub nə isə fars dilində deyirdi. Mən onda məndən bir qədər aralıda olan Peymana dedim ki, bu dişi ağzında olmayan qadına de ki, öz bəxtinə baxsın görsün ki, nə vaxtı dişlərini düzəldəcək və bir də Firdovsinin qəbrinin üstünə gedib ondan soruşsun ki, niyə bizim tariximizi saxtalaşdırıb türkə qarşı belə qərəzli mövqe tutub?

Həmin qadına bir manat pul verdim. Qadın pula baxsa da tanıya bilmədi. Mən isə daha orada qalmayıb taksi dayanan yerə gəldim. Biz həmin günü otelə qayıtdıq, hoteldə olan qadınlar isə hələ də İmam Rzanın məqbərəsini ziyarət edirdilər.

Hoteldə olarkən öz-özümə fikirləşirdim. Bax, biz nə vaxt öz tariximizi, ədəbiyyatımızı dünyaya özümüzünkü kimi təqdim edə biləcəyik? Çünkü İranda Nizami Gəncəvi və digər şairlərimiz fars şairləri kimi edilir. Təbriz xalçaları və digər böyük əsərlərimiz İran sənət əsəri kimi göstərilir. Hətta Firdovsinin məqbərəsi ilə böyük Türk hökmdarı olan Şah İsmayıl Xətainin Azərbaycanda qoyulan və yer dəyişən heykəlini müqayisə edəndə ürək ağrısı çəkməmək mümkün deyil. Ona görə də biz özümüzə qayıtmalıyıq…

Ardı var

Bu xəbəri paylaşın:
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •