ABŞ Azərbaycana maddi yardım ayırdı

COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.

Son 20 ildə ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə 41 milyon dollara yaxın, ümumilikdə isə 890 milyon dollardan artıq yardım ayırıb.

Daha əvvəl Dövlət katibi Maykl Pompeo ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən ölkələrə kömək üçün 274 milyon dollar ayırdığını söyləyib. Bu vəsait 64 ölkə arasında bölüşdürüləcək.

Bu xəbəri paylaşın: