Çinli milyarder: ÇXR koronavirusun fəsadlarını gizlədir…

Çinli milyarder Qo Venquy gözlənilməz tanınması ilə ictimaiyyəti şoka salıb. Sahibkar Çinin səlahiyyətlilərinin beynəlxalq aləmdən, eləcə də vətəndaşlarından, COVID-19 yoluxmuş insanların əsl sayını bilərəkdən gizlətdiyini söylədi.

«Qazeta.ru» xəbər verir ki, onun dediyinə görə, bu günə qədər virusa yoluxanların sayı 1,5 milyonu keçib. Eyni zamanda, Venquy ölənlərin sayı barədə məlumat verməyib.

Tancet-in məlumatlarına istinadən oliqarx bildirib ki, günaşırı krematoriyada yandırılmaq üçün koronavirusdan vəfat edənlərin ən azı 1200 meyidi verilir. Oliqarxın bildirdiyinə görə, bu işlər tam məxfi şəkildə həyata keçirilir.

Bu xəbəri paylaşın: